среда, 25 декабря 2013 г.
четверг, 19 декабря 2013 г.
Qadınlarda yumurtalıq kistləri
Qadınların ən sıx qarşılaşdıqları problemlərdən biridir. Yumurtalıq kistləri,yumurtalıqlarda bir və ya daha çox sayda ola bilən, böyüklükləri müxtəlif olan, içərisi maye dolu lan bir şisdir.Yumurtalıq kistlərinin müxtəlif növləri vardır. Bunlar-funksional kistlər, dermoid kistlər, korpus luteum kistləri, endometrioma və polikistik over xəstəliyi olaraq təsnif edilə bilər. Yumurtalıq kisti ciddi bir problemdir.Buna görə qadınların diqqətli olması lazımdır.
Funksional kistlər
keçici kistlərdir. Ovulyasiyadakı,yəni yumurtlamadakı pozuqluqlara bağlı olaraq şəkillənə bilər. Bunlar arasında ən sıx qarşılaşılanları follikul kistləri olaraq adlandırılan kistlərdir. Bu kistlər adətən hər hansı bir ağrıya səbəb olmaz. Qısa bir müddət sonra özbaşına yaxşılaşma yaranır.
Dermoid kistlər
isə gənc yaşlarda daha çox görülər. Bu kistlərin əməliyyat ilə çıxarılmaları lazımdır.
Korpus luteum kistləri
Korpus luteum adı verilən ovaryumdaki bir quruluşdan mənbəyini götürər. Bu kistlər də funksional kistlər kimi adətən ağrı meydana gətirməz və özbaşına düzələr.
Endometrioma kistləri
endometriyumun yumurtalıqlarda olanda yaranan bir kistdir. Bu kistlərə şokolad kist adı da verilməkdədir. Müalicəsində əməliyyat ilə kistlərin çıxarılması və bölgənin təmizlənməsi lazımdır.
Polikistik over
xəstəliyi isə,kişilik hormonlarının çox sekresiyalanması səbəbiylə ortaya çıxan bir vəziyyətdir. Buna həddindən artıq kilolu qadınlarda daha çox rast gəlinər. Bu xəstəlik yumurtalıq kistləri ilə birgə başqa problemlərini də meydana gətirə bilər. Sonsuzluğa da səbəb ola bilər.
Yumurtalıq kistlərindən bəziləri hər hansı bir ağrıya və əlamətə səbəb olmaz. Ümumiyyətlə, kist əlamətləri; nizamsız aybaşı, xüsusilə qasıq bölgələrində yaranan ağrıdır.
Yumurtalıq kistlərinin diaqnozunda ultrasondan istifadə olunur. Ultrason sayəsində rahatlıqla diqnoz qoyulur.
Müalicə isə kistin quruluşuna və həkimin verdiyi qərara görə müəyyənləşir. Kiçik kistlər ümumiyyətlə özbaşına yaxşılaşır. Bəzi kistlər üçün dərman müalicəsi tətbiq oluna bilər. Bəziləri üçün isə cərrahi müdaxilə tətbiq olunar.
Burun qanaması zamanı nə etməli?
Burun qanaması zamanı ilk öncə sakit olmaq lazımdır. Əks təqdirdə bir çox etməniz lazım olan şeyi unuda bilərsiniz. Başı yüngülcə önə əyin və iki barmaqla iki burun pərəsini basın. Üç-dörd dəqiqə sonra burnunuza soyuq su çəkməklə yüngülcə fınxırmaq lazımdır. Burnun içində yaranan laxtaları kənarlaşdırmaq vacibdir. Təkrar burun pərələrini basıb tutmaq və qanama davam edərsə həkimə müraciət etmək lazımdır.
Gündə neçə dəfə qanama olarsa həkimə müraciət edilməlidir?
Səbəbsiz yerə baş verən burun qanaması zamanında. Infeksiyalardan müalicə lazımdır. Tez, amma az qanama varsa təcili deyil, amma az, lakin sıx qanama müdaxilə tələb edə bilər.
Qanama olduğunda nə (hansı testlər) istənilir?
Sadə kapilyar damar qanamaları üçün çox test edilməsinə ehtiyac yoxdur, ən azından ilk dəfə lazım olmaya bilər. Həddindən artıq qanamalarda isə qanama və laxtalanma faktorlarını yoxlamaq üçün qan verilməsi kafi olar. Burun içi müayinəsi ən yaxşı üsuldur. Qan testləri xaricində radioloji tədqiqlər da kömək edə bilər. Xüsusilə zədəsi varsa. Bəzən ailənin və ya xəstənin qol və qıçlarında göyərmələr olarsa, irsi bir xəstəlik olub-olmadığı araşdırılar.
Qanamağa istiqamətli müalicədə hansı variantlar var?
Əvvəlcə barmaqla burunda təzyiq yaradılaraq, iki qanaddan qanamaya nəzarət edilə bilər. Xırda damar qanamalarında koterizasyon (gümüş, nitrat, bar ilə yandırma və ya irəli mərhələlərdə elektrokoter istifadə) kafi olar. Bəzən qanama idarəsi üçün burun içi bamperlər istifadə edilə bilər. Bu bamperlər artıq can yandırmağa və içindən eyni zamanda nəfəs alına bilən yumşaq süngerimsi (fınxırma gərəkdirən) bamperlərdir.
Müalicə nə qədər davam edər?
Müalicə səbəbə görə dəyişir. Yandırma hadisəni bir neçə dəqiqədə bitir. Tampon da çox zaman tələb edən bir şey deyil. Bamperlər 2-3 gün, irəli və ciddi vəziyyətlərdə 7 günə qədər tutula bilər. Bu hadisələrdə mütləq antibiotik ilə dəstəkləmək lazımdır. Xəstəyə fınxırmaqdan və buruna təzyiq tətbiq etməkdən (asqırıq əsnasında) qaçınması məsləhətdir.
Gimnastika və onun sağlamlaşdırıcı əhəmiyyəti
Gimnastika, insanın fiziki formasının və xoş əhval-ruhiyyəsinin, orqanizmin müqavimət qabilyətinin və gözəl qədd-qamətinin saxlanmasına yönəldilmiş vasitələrdən ən mühümüdür.
Müxtəlif yaş qruplarından olan insanlar arasında gimnastikanı idman təşkilatları aparır. Lakin qadınların əksəriyyəti bir çox səbəblər üzündən bu məşğələlərə gedə bilmir. Amma bunu ev şəraitində də etmək mümkündür. Gimnastika edərkən sadə, yüngül hərəkətlərdən başlayıb, orqanizmi daha ağır hərəkətlərə hazırlamaq lazımdır. İkinci mərhələdə daha ağır hərəkətlər edir, sonra isə sakitləşdirici təmrinlərə keçirlər ki, bunun da əsas xüsusiyyəti əzələləri boşaltmaq və rəvan tənəffüsü bərpa etməkdir. Təmrinlərin miqdarı və onların təkrarı hər kəsin təlabatı və imkanlarından asılıdır. Çox yaşlılar, səhhəti zəif olanlar və ya yaxında xəstəlik keçirənlər, xüsusi ilə əvvəllər idmanla məşğul olmayanlar təmrinlərə ehtiyatla yanaşmalı və həkimdən mütləq icazə almalıdırlar. İlk vaxtlar təmrinlər üçün elə sürət seçmək lazımdır ki, təngnəfəslik əmələ gəlməsin, idman edərkən kəskin hərəkətlərdən çəkinmək, cəld hərəkətlərə ya tənəffüs gimnastikası ilə, ya da yerişlə ara vermək lazımdır. Təngnəfəslik, avazıma, ya da dərinin qızarması orqanizmin çox yüklənməsinə işarədir, odur ki təmrinlərə ara vermək lazımdır.
Arıqlamaq üçün edilən hərəkətlərin xüsusi əhəmiyyəti vardır. Lakin arıqlamaq üçün hərəkətləri sürətlə etmək lazımdır. Onların tempi iti olmalı, get-gedə daha çox təkrar olunmalıdır. Həm də elə təmrinlər seçmək lazımdır ki, onlar əsasən piy yığılan əzələləri əhatə etsin: bunlara yerində tullanma, kəskin çevrilmələr, qaçmaq və s. aiddir.
Bəs əzələlərin kütləsini artırmaq istəyən arıq adamlar nə etməlidir? Əvvəla təmrinlərin tempi bir qədər asta olmalıdır. İkincisi elə təmrinlər seçmək lazımdır ki, fiziki qüvvə artsın. Onlar çox piyada gəzməli, idmanla, xüsusilə üzgüçülüklə məşğul olmalıdırlar. Normal qədd-qamətli adamlar bütün əzələləri eyni qaydada inkişaf etdirən təmrinlər seçməlidirlər. Təmrinləri açıq hava, ya da açıq pəncərə qarşısında, heç olmasa havası dəyişidirilmiş otaqda etmək məsləhətdir. Təmrinlər zamanı ağ ciyərlərin ventilyasiyası, qan axının sürəti bir neçə dəfə artdığı üçün təmiz hava çox vacibdir. Açıq havada gimnastika etməyin bir üstün cəhəti də, onun bədəni möhkəmləndirməsidir. Hərəkətlərin hava və günəş vannaları, su prosedurları ilə birgə aparılması maddələr mübadiləsinə, qan dövranına yaxşı təsir edir.
Təmrinləri xüsusi geyimdə etmək lazımdır. Bunun üçün trikotaj paltar daha münasibdir.Təmrinləri qış vaxtı açıq havada yerinə yetirərkən əyinə isti paltar geymək lazımdır. Gimnastika üçün ayaqqabı ayağa uyğun və çox rahat olmalıdır. Lakin xalça, ot, qum üstündə edilən hərəkətlər ayaqyalın daha xeyirlidir. Ayaqyalın edilən hərəkətlər ayaq əzələlərinə qüvvətləndirici təsir göstərir.
Elmi tədqiqatlar göstərir ki, müntəzəm edilən hərəkətlər zamanı daha yaxşı təsir göstərir. Hər gün edilən təmrinlər qısa müddətli olsa da, daha xeyirlidir. Ona görə də qəddi-qamətini yaxşı saxlamaq istəyən xanımlar gündə vaxtının bir neçə dəqqəsini gimnastikaya ayırmalıdır. Yatmamışdan əvvəl edilən gimnastikanın xüsusi əhəmiyyəti vardır. Bu gimnastika gərginliyi aradan götürən, ən əvvəl tənəffüs və ümumiyyətlə bütün əzələlərin gərginliyini azaldan təmrinlərə əsaslanmalıdır. Bunlardan əlavə, heç olmasa həftədə bir dəfə təcrübəli məşqçinin nəzarəti altında idman qrupunda gimnastika ilə məşğul olmaq yaxşı nəticə verir.
Səhər gimnastikasının sağlamlıq üçün böyük əhəmiyyəti vardır. Hər gün səhər yerinə yetirilən gimnastikanın bütün gün ərzində fiziki formanın, yaxşı əhval-ruhiyyənin saxlanmasına, iş qabilyətinin yüksəlməsinə imkan yaradır. Səhər gimnastikasını yeməkdən əvvəl, yuxudan oyanandan bir neçə dəqiqə sonra etmək lazımdır. Özlərini pis his edən və yaxud tənbəl adamlar gimnastikanı yataqdada edə bilərlər.
Gecə istirahətindən sonra orqanizmdə gedən bütün prosesslər ləngidiyindən gündüz həyat ritminə tədricən keçmək lazımdı. Ona görə də səhər gimnastikası yüngül hərəkətlərlə olmalıdır. Bunun üçün ən yaxşı tərminlər tənəffüs hərəkətləri, gərnəşmələr və s. olmalıdır. Sonra daha ağır hərəkətlərə keçmək olar.
Gimnastika nəinki zahiri görünüşə, həmçinin iş fəaliyyətinə də böyük təsir göstərir. Buna görə çox böyük idman zalına o qədər də ehtiyac yoxdur. Gərgin vəziyyətin dəyişdirilməsi, əzələlərin boşaldılması, bir necə dəfə əyilib-qalxmaq, əlləri oynatmaq, oynaqları hərəkət etdirmək və əzələ yorğunluğunu aradan götürmək. Gimnastika ələlxüsus da oturaq iş rejimi olanlara xeyirlidir.
Bəs fiziki işdə işləyənlər? Fiziki iş çox vaxt əzələlərin güc və kütləsini bir tərəfli inkişaf etdirir. İşləməyən əzələ qruplarının hərəkətlə cəlb edilməsi bu qeyri-bərabərliyi aradan götürür. Məsələn: bir əllə görülən iş həmin əlin əzələlərinin böyüməsinə imkan verir. Lakin o biri əli oynatmaqla aradan götürmək olar.
Ayaq üstə işləyən xanımlar gimnastikanı oturaraq etməlidirlər, bu da ayaqlara çox ağırlıq verməz.
Bir sözlə- gimnastika hamıya gərəkdir.
Sizin vitamininiz hansıdır?
Hansı dönəmdə hansı vitaminə ehtiyac duyulur? Yazımıza nəzər salaraq mövzuyla əlaqədar məlumat əldə edə bilərsiniz.
Vitaminlər bədəndəki metabolik proseslərin normal şəkildə meydana gəlməsi və davam etdirilməsi üçün lazım olan və qidalar içində az miqdarda olan maddələrdir.
Ağır aybaşı qanaması olanlar: Dəmir mineralı... Qadınlar hər aybaşı zamanı qan itirdiyindən, bundan əlavə hamiləlik və əmizdirmə zamanı uşağın dəmir ehtiyacını ana ödədiyindən dəmirə olan tələbat artır. Qadınların dəmir toplayıb saxlama qabiliyyəti aşağı olduğundan onlar dəmir qəbuluna xüsusi ehtiyac duyurlar.
Hamilə və süd əmizdirən qadınlar: Hamiləlik və süd vermə zamanı istər ana, istərsə də döl və ya uşağın A, C, B1, B6, B12, fol turşusu vitaminlərindən əlavə dəmir, kalsium kimi minerala tələbatı artır. Buna görə də üçün vitamin preparatlarına ehtiyac duyula bilər.
Çox aşağı kalorili pəhrizlə bəslənənlər: Multivitamin... Bu kompleksi günün istənilən vaxtında qəbul etmək mümkündür, lakin yaxşı nəticə əldə etmək üçün onu qida qəbulundan sonra qəbul etmək tövsiyə olunur.
Vegeterianlar: Kalsium, dəmir, sink, B2 və D vitamini. Qanın ən əsas funksional komponentini əmələ gətirən dəmir hüceyrələrə oksigen daşınması və beləcə hüceyrələrdəki oksidləşmənin davam etdirlməsi üçün lazımdır. Dəmir çatışmazlığı ilə əlaqəli olaraq qan azlığı, yorğunluq və əmək fəaliyyətində azalma görülür.
Kifayət qədər günəş almayanlar, süd məhsulu içməyənlər: D vitamini... D Vitamini nazik bağırsaqdan kalsiumun sovrulmasına kömək edir. Kalsiumun sümüklər və diş ətlərində qalmasını təmin edir.
Sağlam qidalanmayanlar: Həkim məsləhəti ilə çox vitamin və mineral... Vitamin və minerallar insan bədəninin düzgün bir şəkildə işləməsini təmin edir. Hər gün yediyimiz qidanın tərkibində vitamin və mineralların olmasına baxmayaraq bəzi qidaların tərkibində digərlərinə görə daha çox vitamin və mineral var.
Vitaminlər iki kateqoriyaya ayrılır:
1) Yağda əriyən vitaminlər;
2) Suda əriyən vitaminlər.
воскресенье, 24 ноября 2013 г.
суббота, 26 октября 2013 г.
Hamilelikden sonra Göbək yırtıqları
Göbək yırtıqları dəliyinin tam içindən çıxır və bir fındıq boyundan portağal boyuna qədər müxtəlif ölçülərdə ola bilər. Yırtığın çıxdığı açıq yer, uşaq ana bətnində ikən ana ilə arasındakı qan axımını təmin edən göbək ciyəsinin qarın divarına girdiyi yerdir. Ona görə də göbək yırtıqları da “anadangəlmə bir zəif nöqtədən” çıxan yırtıqlardır.
Göbək yırtıqları, qadınlarda daha çox rastlanır və ən çox hamiləlikdən sonra xəstə tərəfindən hiss edilir. Normal halda içəriyə doğru olmalı olan göbək çuxuru, xaricə doğru çıxmış vəziyyətə gəlir.
Ümumi cərrahlar arasında kiçik göbək yırtıqlarını yamaqsız, düz tikiş ilə bərpa əməliyyatı aparmağa meyl vardır, amma bizim mərkəzimizdə bütün göbək yırtıqlarında yamaq ilə bərpa həyata keçirilməkdədir. Çünki Avropa Yırtıq Dərnəyi, bütün göbək yırtıqlarında yamaq ilə bərpanın yırtıqların yenidən açılmasının qarşısını almaq baxımından daha doğru olduğunu məsləhət görür. Yamaq ilə bərpa olunmayan göbək yırtıqlarının kiçik də olsa, bəzi hallarda müəyyən vaxt ərzində yenidən açıldığı müəyyənləşdirilmişdir.
Göbək yırtıqları açıq və bağlı üsullarla əməliyyat edilə bilər. Açıq metod ilə standart yamaqlar istifadə edilərkən, bağlı metodda mütləq kompozit yamaqlardan istifadə edilməlidir.
Kompozit yamaqlar daha bahalı olduğu üçün əməliyyatın maliyyətini artırır. Çox kiçik göbək yırtıqlarında bağlı metodun önəmli bir üstünlüyü yoxdur, ancaq böyük göbək yırtıqlarında bağlı üsul, xəstə üçün daha asan və komfortlu ola bilər.
Göbək yırtıqları böyüdüyü zaman getdikcə arta bilən boğulma riski daşıyır. Əvvəllər xəstə uzandığı zaman və ya əllə içəri salındığı zaman yox olan yırtıq, artıq içəri girmir. Təcili hal olan yırtıq boğulması ağrı və o sahədə qızartı da verir. Təcili hallarda kifayətli səhiyyə xidməti tapa bilməyəcəyinizi düşündüyünüz zaman, ən qısa müddətdə göbək yırtığından qurtulmalısınız.
Göbək yırtıqları kiçik olduğu zaman yerli anesteziya ilə bərpa edilə bilər. Ümumiyyətlə, əməliyyat günü xəstə evinə göndərilə bilər. Xəstələr qısa müddət ərzində normal həyatlarına və işlərinə qayıda bilərlər. Yamaq ilə bərpa edildiyi zaman yenidən yaranma riski çox azdır
четверг, 10 октября 2013 г.
Qulaq plastikası – otoplastika nədir?
Qulaq plastikası – otoplastika nədir?
Otoplastika, qulaq qığırdağının yenidən şəkilləndirilməsidir, lazım olduqda qığırdağın bir hissəsinin götürülməsi və ya qığırdaq əlavə olunması ilə icra olunan cərrahi əməliyyatdır. Əksər hallarda problem anadangəlmədir. Bu əməliyyat qulaq formasında deformasiya olduqda, böyük olduqda, önə çox qabardıqda və başqa hallarda icra olunur. Qulağın inkişafı 5-6 yaşda tamamlanır. Əməliyyatın tətbiqi də bu yaşdan sonra icra olunur.
Əməliyyatın icrası haqqında
Əməliyyat zamanı qulağın arxasında kiçik kəsik aparılır, hansı ki, bu kəsik xaricdən görülmür. Kəsik icra olunduqdan sonra qığırdaq əldə olunur, forma verilir və bu formaya uyğun tikilir. Sonra qulaq dərisindəki kəsik tikilir. Əməliyyat zamanı və sonrakı dövrdə xəstədə demək olarkı ağrı olmur. Xəstə əməliyyat icra olunduğu gün evə yazılır.
Anesteziya növü necə seçilir?
Əməliyyat yerli keyitmə ilə icra olunur. Uşaqlarda lazım olarsa əməliyyatın icrasında ümumi anesteziyaya üstünlük verilir. Bəzən isə yaşlı şəxslərdə xəstənin istəyi ilə ümumi anesteziya seçilir.
Əməliyyatın müddəti nə qədərdir?
Əməliyyat adətən 40-50 dəq müddətində icra olunur.
Əməliyyatdan sonrakı dövr
Əməliyyatdan sonra azca ağrı olur, hansı ki, bu ağrı yüngül ağrı kəsici ilə keçir. Əməliyyatdan sonrakı dövrdə qulağa bandaj qoyulur və bu 3-7 günə götürülür. Əməliyyatdan sonrakı günlərdə ağrı olmur. Qulağa qoyulmuş sarğı dəyişdirilir. Ən azı 6 həftə idmanla məşqul olmamaq lazımdır. Əməliyyat 5-6 yaşdan sonra icra oluna bilər. Əməliyyatdan sonra 1 ay içində qulaqlar tam formalaşır.
Əməliyyatdan sonrakı ağırlaşmalar
Əməliyyatdan sonra hematoma, infeksiya və qulaq probleminin təkrarlanması ola bilər. Qulaqdakı problemin təkrar olunması əməliyyatdan sonrakı dövrdə ilk günlərdə qulağın travma alması səbəbindən olur.
Əməliyyatın izi
Əməliyyatdan sonra qulağın arxasında kiçik kəsik izi qalır. Bəzən isə ehtiyac olduqda əməliyyat öndən icra olunur, bu zaman kəsik izi öndən olur. Əməliyyatdan sonra qulaqlar arasında asimmetriya və xəstədə yeniden kompleks yaranarsa, əməliyyat təkrar olunması ehtiyacı yaranır.
четверг, 26 сентября 2013 г.
Yeni doğulmuş uşaqda xaya problemi - kriptoorxitizim
Kriptoorxitizim – xayanın enməməsi
Xayanin enməməsi ən azı bir xayanın doğumdan sonra xayalıqda qeyd olunmamasıdır. Yeni doğulmuş oğlan uşaqlarının 1.8-4 %-də xayalığın hər ikisində və ya birində xaya qeyd olunmur. Bu uşaqların böyük əksəriyyətində ilk 6 həftədə (daha çox ilk 5 gün) xaya xayalığa enir. Uşaqların 50 %-də enməmiş xaya sağda, 30-35 % -də solda və 10-15 % -də isə hər iki tərəfdə qeyd olunur.
Bu patologiyanın 4 əsas forması vardır.
1. Həqiqətən enməmiş xaya – bu zaman problem yalnız cərrahi əməliyyat yolu ilə icra olunur.
2. Spontan olaraq enən testis- həyatın ilk aylarında xayalığa enən xayalardır.
3. Asendan xaya- doğumdan bir neçə ay sonra xayalığa xaya ensədə, müəyyən müddət sonra yenidən yuxarı qalxır və xayalıqda əllənmir.
4. Retraktil xaya.
Xaya enmədikdə aşağıdakı nahiyələrdən birində yerləşir:
1. Qasıq kanlının içində - 80-90% hallarda belə olur.
2. İngionisokratal nahiyyədə- 15-20 % hallarda belə olur.
3. Retroperitoneal nahiyyədə 3-5 % nahiyyədə. Bu zaman xaya qarın boşluğunda retroperitoneal nahiyyədə yerləşir.
Xaya enmədikdə adətən uşaq doğulduqdan sonra diaqnoz qoyulur.Adətən şikayətlər xayaliğın inkişaf etməməsindən, boş olmasından və qasıq nahiyyəsində şişkinlik olmasından ibarət olur. Ağrı qeyd olunmur. Bəzən xaya qasiq nahiyyəsində yerləşdiyi üçün həmin nahiyyədə şişkinlik qeyd olunur. Həkimə müraciət etdikdə həkim palpasiya (əlləmə) və usm ilə diaqnoz qoyur. Bəzənsə daha geniş müainəyə ehtiyac yaranır.
Enməmiş xayanın problemləri
1. Sonsuzluq - beləki qarın boşluğunda və ya digər nahiyyələrdə qalmış xaya toxuması inkişafdan qalır və sonra atrofiyaya uğrayır. Bunun əsas səbəb xayalıqda olan bədən tenpurtaurundan aşağı tenpuraturun xaya enmədikdə yerləşdiyi nahiyyədən olmamsıdır. Beləki xayalıqda olan tempuratur bədən tempuraturundan 3-4 dərəcə aşağı olur və bu tempuraturda xaya normal inkişaf edir. Qarın boşluğunda xaya qaldıqda isə tempuratur yüksək olduğu üçün xaya inkişafdan qalır və sonsuzluğun yaranmasına səbəb olur.
2. Travma - xaya xayalıqda yerləşdikdə travmaya qarşı qorunmuş olur. Xüsusən qasıq nahiyyəsində qalmış xaya daha çox travma alır.
3. Xayanın burulması - enməmiş xayalarda normal yerləşmiş xaylara nisbətən daha çox burulma qeyd olunur.
4. Qasıq yırtığı - enməmiş xaya olan uşaqlarda 80-90 % hallarda qasıq yırtığı qeyd olunur.
5. Xərçəng - enməmiş xayalrda bəd xassəli şişlərin yaranması normal yerləşimli xayalara nisbətən 10-20 dəfə çox qeyd olunur.
6. Psixoloji problemlər - uşaqlar böyüdükcə bu uşaqlarda psixoloji problemlər qeyd olunur.
Müalicə
Müalicə iki yolla konservativ və cərrahi yolla icra olunur.
Konservativ müalicə zamanı hormonal dərman prepartlari istifadə olunur.
Cərrahi müalicə zamanı xaya yerləşdiyi nahiyyədə normal yerinə-xayalığa gətrilərək fiksasiya olunur.
Müalicənin effektivliyi əsas uşağın yaşından aslıdır. Belə ki uşağın yaşı artdıqca xaya toxumasında atrofiya baş verdiyi üçün əməliyyatın effektivliyi aşağı düşür. Buna görə uşaqda belə problem qeyd olunduqda tez bir zamanda həkimə müracət etmək lazımdır.
пятница, 20 сентября 2013 г.
Dəmir defisitli anemiyanın diaqnostikası
Diaqnoz dəqiq dinlənilən anamnezə, klinikaya və laborator analizlərə əsaslanaraq qoyulur. Dəmir defisitli anemiyanın diaqnostikasında aşağıdakı müayinələrdən istifadə oluna bilər:
1. Uşaqların antropometrik ölçüləri və fiziki inkişafın qiymətləndirilməsi
2. Qanın ümumi analizi
3. Zərdab dəmirinin və depo dəmirin ölçülməsi
4. Transferin səviyyəsinin müəyyən olunması
5. Qanda zülalların təyini
6. Qida borusunun rentgenoqrafiyası
7. Hamilələrdə I-II trimestirdə ayda 1 dəfə, III trimestirdə isə 15 gündən bir Hb təyin olunması
8. Nəcisdə gizli qan testinin aparılması
9. EKQ
10. H.pilorini infeksiyasını aşkarlamaq üçün nəfəs testi
Diaqnozun əsaslandırılması üçün aşağıdakılar tövsiyyə olunur:
1. Anamnez və klinikada dəmir defsitli anemiyanın əlamətləri aşkar edilərsə, diaqnozun dəqiqləşdirilməsi üçün laborator analizlər aparılır.
2. Əgər hipoxrom mikrositar anemiya aşkar edilərsə, bundan sonra serum dəmir miqdarı yoxlanılır.
3. Serum dəmirin miqdarı normadan aşağıdırsa, sonrakı addım depo dəmirin səviyyəsini qiymətləndirməkdir. Depo dəmirin miqdarı normal və ya artmışsa müayinələri xroniki xəstəlik anemiyası istiqamətində tam etdirmək məsləhətdir.
4. Əgər depo dəmirin yetərsizliyi aşkar edilərsə, deməli dəmir defisitli anemiyadır. Lakin hipotiroid və C vitamini çatmamazlığı zamanıda depo dəmirin səviyyəsi aşağı olur, amma bu depo dəmirin yetərsizliyinə səbəb ola biləcək qədər ağır olmur. Hipoxrom anemiya ilə birlikdə serum dəmirin yüksək səviyyəsi müəyyən edilə bilər ki, bu zaman xəstədə talasemiyya, sideroblastik anemiya və hemaqlobinopatiyalar araşdırılmalıdır.
Dəmir defisitli anemiya hipoxrom mikrositar anemiya olub, zərdab dəmirin və zərdab ferritinin səviyyəsinin azalması, ümumi zərdab
dəmir bağlama qabiliyyətinin artması və transferrin səviyyəsinin 15% enməsi ilə xarakterizə olunur. [35,44,82,83] Plazma dəmir konsentrasiyası günün müxtəlif vaxtlarına görə fərqlilik göstərir. Günün birinci yarısında aparılan ölçmələrin nəticəsi ikinci yarısında aparılan ölçmələrin nəticəsindən təxminən 30% daha yüksək olur. Buna görə alınan nəticələri qiymətləndirərkən testin aparılma zamanını da nəzərə almaq lazımdır.
Ümumiyyətlə dəmir defisitinin diaqnostik kriteriyaları aşağıdakı kimidir:
Göstərici Vahidi Dəmir defsiti Normal göstərici
zamanı göstərici
Hb g/dl <10.5 Yaşa uyğun
Hct % <31 Yaşa uyğun
MCV Fl <70 Yaşa uyğun
MCH Pg <26 26-33
RDW % >14.5 11.5-14.5
WBC /μl N 4-14000
Periferik yaymada isə mikrositar hipoxrom anemiya, anizositoz, sferositoz və poyiklositoz aşkar edilir. Bunlarla yanaşı, xəstədə rəng göstəricisi 0.5-0.6 olur və taxikardiya, ürəkdə sistolik küy, EKQ-də mənfi və ya hamarlaşmış T-dişi aşkar olunur. [4,35,38]
Yüngül və orta dərəcəli dəmir defisitli anemiyada trombositoz, ağır dərəcəli dəmir defisitli anemiyada isə trombostopeniya aşkar
edilir.
Dəmir defisitli anemiya zamanı plazmada sink səviyyəsinin azalması və sidikdə noradrenalin və onun metabolitlərinin artması müşahidə
olunur. [9,36] Dəmir defisitli anemiyalı xəstələrdə T limfositlərin səviyyəsi normadan 35 % aşağı olur. Bu aşağı səviyyə özünü helper və supressor sayında daha aydın göstərir. [Pata Y.S,Akbaş Y, 2003]. Həmçinin dəmir defisitli anemiyası olan uşaqların 50%-də nəcisdə
qan testi müsbətdir.
Mənbə Əliyeva G.B, Əliyev E.T, İsgəndərova Ş.X
Dəmir Defsitli Anemiyanın uşaqlarda və hamilələrdə gedişinə müasir Baki 2011.
четверг, 19 сентября 2013 г.
Varikosele
Varikosele
Varikosele xaya və toxum ciyəsi venalarının genişlənməsinə deyilir (latın sözü olan varix-venoz düyün və kele – şişkinlik deməkdir) və əsasən soltərəfli olur. Varikosele daha çox gənc insanlarda rast gəlinir.Varikosele daha çox gənc insanlarda rast gəlinir. Varikosele bir çox hallarda narahatçılıq yaratmır və təsadüfi baxış zamanı tapılır. Buna baxmayaraq, varikosele cinsi əlaqə zamanl ağrılar, cinsi fəaliyyətin və reproduktiv funksiyaların azalması kimi ciddi narahatçılıqlar törədir. Varikosele cərrahi yolla aradan qaldırılır və şikayətlərin uğurla aradan qalxmasını təmin edir
Səbəblər
Varikosele onunla izah edilir ki, venalarda qanın geriyə hərəkətinə mane olan klapanlarda bu və ya digər səbəbdən çatmazlıq olur. - Bu səbəblərindən biri vena divarlarının və klapanlarının anadangəlmə zəifliyidir. Adətən belə insanların nəslində bu tipli patologiyalara (ətraf venalarının varikoz genişlənməsi, yastıdabanlıq, ürək klapanlarının qüsurları və s.) genetik meylilik qeyd olunur. - Digər bir səbəb kimi xayalıq və kiçik çanaq venalarında təzyiqin yüksək olması göstərilir. Müxtəlif səbəblər üzündən venaların daralması baş verə bilir ki, bu da onların daxilində təzyiqin artmasına gətirib çıxarır. - Varikoselenin əsas səbəblərindən biri də vena testicularis-in gedişində olan anatomik xüsusiyyətlədir. Varikoselenin sol tərəfdə çox rast gəlinməsi səbəbi məhz vena testicularis-in sağ və sol tərəfdə fərqli gedişi ilə əlaqəlidir. Belə ki vena testicularis sol tərəfdə bir başa böyrək venasına və bu da təzyiqin artmasına səbəb olur. Sağ tərəfdə isə vena testicularis bir başa aşağı boş venaya açılır. Bundan əlavə xroniki qəbzlik, ishal, ağırlıq qaldırma kimi hallar da varikoselenin inkişafına səbəb ola bilər. - Amma “simptomatik varikosele” adlanan hallarda mövcuddur ki, bu zaman peritonarxası sahənin şişlərindən, məsələn, böyrək şişlərindən şübhələnmək olar. Bu nöqteyi-nəzərdən varkoselenin sağ tərəfdə rast gəlinməsi, eləcə də kiçik yaşlı uşaqlarda və ya yaşlı insanlarda qeyd olunması hallarında diqqətli olmaq tələb olunur.
Təsnifatı
Varikoselenin aşağıdakı dərəcələri təsnif edilir: - Subklinik varikosele venaların yalnız ultrasəs müayinəsi ilə təyin edilə biləcək səviyyədə genişlənməsidir - I dərəcəli varikosele zamanı toxum ciyəsi venaları yalnız qarını gərginləşdirən zaman üzə çıxır - II dərəcəli varikosele zamanı ayaqüstə duran zamanı toxum ciyəsi venaları əllənir, amma görünmür - III dərəcəli varikosele zamanı toxum ciyəsi venaları istənilən vəziyyətdə üzüm salxımı kimi aydın görünür
Şikayətlər
Bir çox hallarda varikosele heç bir narahatçılıq törətmir. Amma venaların nəzərəçarpacaq dərəcədə genişlənməsi (məsələn, III dərəcəli varikosele) hallarında xəstələrdə prosesə cəlb olunmuş sahədə küt və ya dartıcı ağrılar, eləcə də ağırlıq hissi qeyd olunur.
Varikosele xayaların qan təchizatını pozur və endokrin sistemdə hormonal dəyişikliklər əmələ gətirir. Bununla yanaşı, varikosele xayaların inkişafını məhdudlaşdıra bilər. Belə hallarda xaya inkişafdan qalmış olur və hətta yeniyetmələrdə əks tərəfdəki xayanın da inkişafdan qalması mümkündür.
Varikosele spermanın yaranması prosesində pozğunluğa və beləliklə sonsuzluğa gətirib çıxara bilər. Tədqiqatlar müəyyən edib ki, qərb ölkələrində sonsuzluğa düçar olmuş kişilərin 25-40%-də varikoselenin olması üzə çıxır.
Aparılan tədqiatlar zamanı varikoselesi olan kişilərdə xayaların ölçülərinin sağlamlarla müqayisədə kiçik olması müəyyən edilmişdir. Xayaların ölçülərinin kiçik olması spermanın say azlığı ilə düz mütənasib olmsı da tədqiatlar əsasında təsdiq edilmişdir. Varikosele zamanı eyakulatda spermanın sayı az olur, onların çox az hissəsi normal morfologiyaya malik olur və əksəriyyəti çox zəif hərəkət edir (OAT sindromu). Amma, OAT sindromu yalnız varikosele üzündən deyil, digər səbəblərdən də qaynaqlana bilər.
Varikoselenin zamanında müalicə edilməsi xaya həcminin normallaşması və sperma sayi və keyfiyyətinin artması ilə nəticələnir. Amma müalicənin hamiləlik faizini artırmasını aparılan tədqiatlar təsdiq edə bilmir.
Varikoseleni necə təyin etməli – diaqnoz
Xaya və toxum ciyəsi venaları həddən ziyadə genişlənmiş olarsa asanlıqla görünür və əllənir. Varikolsele diaqnozunun qoyulmasında ultrasəs müayinəsinin də əhəmiyyətli rolu var. Ultrasəs müayinəsi zamanı xayanın vəziyyəti və ölçüsü təyin edilə bilər. Bununla yanaşı, Doppler vasitəsilə Valsava sınağı etməklə xaya və toxum ciyəsi venalarında axın və axın sürəti, eləcə də venalarda reflüksun (geriyə axının) olub olmaması daha dəqiq təyin edilə bilər.
Digər diaqnostik tədbir skrotal hərarətin ölçülməsidir. Varikosele zamanı xayalıq üzərində hərarət yüksəlmiş olur. Fleboqrafiyanın (venaların təsvirinin alınması) aparılması da diaqnostik vasitələrdən biri ola billər.
Vacib!!! “simptomatik varikosele” inkar edilməlidir. Varkoselenin sağ tərəfdə rast gəlinməsi, eləcə də kiçik yaşlı uşaqlarda və ya yaşlı insanlarda qeyd olunması hallarında diqqətli olmaq tələb olunur. Bu hallarda əlavə olaraq periton arxası sahənin və böyrəklərin ultrasəs müayinəsini aparmaq differensial diaqnostik əhəmiyyətə malik olardı.
Varikoselenin müalicəsi
Varikosele nə zaman müalicə olunmalıdır sualına cavab vermək çox çətindir.Xayaların ölçüsündə kiçilmə yoxdursa, xəstə uşaqdırsa varikoselenin dərhal cərrahi əməliyyat edilməsinə ehtiyac yoxdur. Bu hallarda gözləmə və xəstələrin 6 aydan bir ultrasonoqrafik müayinədən keçməsi tövsiyyə oluna bilər. İnkişafının ilkin mərhələsində olan varikosele spontan geriyə qayıda bilər.
Varikoselenin müalicəsi o zaman vacibdir ki, o artıq narahatçılıq törədir. Bununla yanaşı, uşaq və yeniyetmələrdə varikosele xayanın inkişafını tomamozlayarsa onun müalicə edilməsi qərarı verilə bilər. Varikoselenin müalicəsi uşaq və yeniyetmələrdə bir qayda olaraq xayanın həcminin artmasına gətirib çıxarır.
Varikoselenin müalicəsi sonsuzluq hallarında da seçim ola bilər. Bu hallarda spermanın keyfiyyətində yaxşılaşma baş verə bilər. Amma aparılan tədqiqatlar belə bir müalicənin hamiləlik şansnı artıra bilməsini təsdiq edə bilmir. Eyakularda spermanın təyin olunmadığı hallarda varikoselnin müalicə olunmasının elə bir effekti olmur.
Müalicə üsulları
Retroqrad sklerizasiaya – bu zaman həkim qasıq venasını punksiya edir və damar daxilinə kateter daxil edir və kontrast maddənin yeridilməsi ilə Vena testicularis-in təsvirini alır və onu sklerozlaşdırır.
Anteqrad sklerizasiya (Tauber üsulu) - bu zaman həkim xayalığın yuxarı sərhəddində kiçik bir kəsikdən genişlənmiş venanı əldə edir və konrast maddəsi ilə Vena testicularis-in təsvirini alır və onu obliterasiya edir. Bu prosedura narkozsuz da həyata keçirilə bilər.
Varikoselenin daha geniş yayılmış müalicə üsulu açıq cərrahi əməliyyatdır. Açıq cərrahi əməliyyatın iki əsas növü var. Birinci növ əməliyyat Vena testicularis-in kəsilmə səviyyəsindən aslı olaraq bir neçə variasiyada həyata keçirilir (İvanisseviç, Marmar, Paloma və s.). Cərrahi əməliyyat zamanı sol qasıqüstü nahiyədə kiçik bir kəsikdən periton arxası sahədə vena testicularis tapılır və kəsilir. Digər əməliyyat növlərində vena testicularis kəsilmələ yanaşı genişlənmiş venalar maksimal olaraq kəsilib çıxarılır. Bəzi əməliyyat növlərində xaya arteriyası da kəsilir. Tədqiatlar göstərir ki, vena ilə birlikdə arteriyanın kəsilməsi yalnız venanın kəsilməsi əməliyyatı ilə müqayisədə elə də geri qalmır. Bu növ əməliyyatların çatışmayan cəhəti əməliyyatdan sonra residiv hallarının tez-tez rast gəlinməsi və xaraktercə qeyri-fizioloji olmasıdır.
İkinci növ açıq cərrahi əməliyyat xayanın mikrocərrahi revaskulyarizasiyasıdır. Bu əməliyyatın üstünlüyü odur ki, daha fizioljidir və əməliyyatdan dərhal sonra xayaların normal qan dövranı bərpa olunur. Varikoz genişlənmiş damarlar tam olaraq çıxarılır və sonradan onların bəziləri bərpa olunur. Amma bu əməliyyat növü çox mürəkkəb olmaqla yanaşı, xəstənin xəstəxanada qalma müddəti uzundur.
Son dövrlər varikoselenin müalicəsində laparoskopik üsuldan da tez-tez istifadə olunur. Laparoskopik yolla vena testicularis daxili qasıq həlqəsində tapılır və kliplə bağlanır.
Müalicənin hansı ağırlaşmaları ola bilər
Tədqiatlar göstərir ki, tətbiq edilən müalicə üsulları 90%-dən çox hallarda effektiv olur. Əməliyyatdan sonra xayalıqda zəif şişkinlik əmələ gəlir ki, bu da asanlıqla aradan qalxır. Bəzi xəstələrdə hidrosele (xaya qişaları arasına suyun yığılması) Bundan əlavə bütün cərrahi əməliyyatlarda ola biləcək ağırlaşmalar (qanaxma, emboliya, peritonun, sidik axarının və ya toxum daşıyıcı borunun zədələnməsi və s.) rast gəlinə bilər. Müalicənin ən arzuolunmaz ağırlaşması xayanın əməliyyatdan sonrakı dövrdə atrofiyalaşmasıdır.
Mədə Xorası
Mədə Xorası
Səbəbləri
Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır: - Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu - Helicobacter pylori (H. pylori) infeksiyası - Xroniki qastrit - Siqaret çəkmə - Spirtli içki qəbulu - Artan yaş - Qanın laxtalanma sistemində bəzi problemlər
Əlamətləri
- Qarında ağrı. -Bu ağrı Sizi gecələr yuxudan oyada bilər-Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər -yeməkdən 2-3 saat sonara başlaya bilər -Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər - Ürəkbulanma - Qusma - Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir - Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər - Son zamanlar çəkinin azalması - Ümumi zəiflik
Müayinələr - Sizə ilk olaraq Mədənin endoskopik müayinəsi təklif ediləcəkdir. Bu müayinə üsulu mədə xorasının olub-olmamasını, onun yerləşməsi və ölçüsünü dəqiq müəyyən etməyə imkan verir - Həkiminiz mədənin Rentgen müayinəsini də təklif edə bilər. Bununla mədə xoranın varlığı və yerləşməsini təyin edilə bilər. Amma Rentgenlə müqayisədə endoskopik müayinə daha dəqiq hesab edilir. - Helicobacter pylori infeksiyasının olub-olmaması nəfəs, nəcis və endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi ilə təyin edilə bilər - Endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi xərçəngin olub-olmamasını da təyin etməyə imkan verir.
Həkimə nə zaman müraciət etməli
Mədə xorası sizin özünüzün müalicə edəcəyiniz bir xəstəlik deyil. Antiasid dərmanların qəbulu sizdə ağrını müvəqqəti aradan qaldıra bilər, amma xəstəliyi tam müalicə etməyəcək. Odur ki, yuxarıda sadalanan əlamətlər sizdə olarsa həkiminizə müraciət etməniz məsləhədir. Xoranın zamanında müalicə olunmaması bir çox ciddi ağırlaşmalara gətirb çıxara bilər. Mədə xorasının ağırlaşmaları
- Mədə qanaxması - Mədənin perforasiyası, yəni deşilməsi - Xoranın maliqnizasiyası, yəni xərçəngə çevrilməsi - Mədə çıxacağında daralmanın əmələ gəlməsi (Pilorik stenoz) - Xoranın mədəaltı vəzinin başına penetrasiyası, yəni sirayət etməsi
Terapevtik Müalicə
Mədə xorasının müalicəsində iki əsas hədəf mövcuddur: - Bakteriyanın (Helicobacter pylori) məhv edilməsi - Mədə turşuluğunun azaldılması Helicobacter pylori bakteriyasının tapılması hallarında adətən iki antibiotikin kombinasiyasından istıfadə edilir. Bu zaman ən geniş istifadə edilən antibiotiklər bunladır: amoxicillin, clarithromycin və metronidazole. Həkiminiz Sizə əlavə olaraq Cytoprotective dermanlar adlanan sucralfate və misoprostol məsləhət görə bilər. Bu dərmanlar Sizin mədənin selikli qişasının daha tez bərpa olunmasına kömək edəcəkdir. Cərrahi müalicə
Cərrahi müalicəyə göstərişlər aşağıdakılardır: - Uzun terapevtik müalicə tarixçəsi və bu müalicələrin effektsiz olması - Davamlı pilorik stenoz, yəni mədə çıxacağının daralması - Maiqnizasiyaya, yəni xərçəngin əmələ gəlməsinə şübhə - Əvvəllər perforasiya (deşilmə) və qanaxma kimi ağırlaşmaların olmasıYuxarıda sadalanan hallarda sizdə varsa həkiminiz sizə aşağıdakı əməliyyatlardan birini təklif edə bilər: - Subtotal qastrektomiya – yəni mədənin üçdən iki hissəsinin çıxarılması. Bu əməliyyat nəticəsində mədənin turşu ifraz edən hüceyrələrə malik hissəsi çıxarılmış olur - Vaqotomiya – yəni azan sinirin mədəni innervasiya edən şaxələrinin kəsilməsi. Bununla mədənin turşu ifraz etmə qabiliyyəti azaldılmış olur. Amma son zamanlar cərrahlar bu əməliyyatdan az istifadə edirlər.
Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır: - Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu - Helicobacter pylori (H. pylori) infeksiyası - Xroniki qastrit - Siqaret çəkmə - Spirtli içki qəbulu - Artan yaş - Qanın laxtalanma sistemində bəzi problemlər
Əlamətləri
- Qarında ağrı. -Bu ağrı Sizi gecələr yuxudan oyada bilər-Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər -yeməkdən 2-3 saat sonara başlaya bilər -Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər - Ürəkbulanma - Qusma - Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir - Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər - Son zamanlar çəkinin azalması - Ümumi zəiflik
Müayinələr - Sizə ilk olaraq Mədənin endoskopik müayinəsi təklif ediləcəkdir. Bu müayinə üsulu mədə xorasının olub-olmamasını, onun yerləşməsi və ölçüsünü dəqiq müəyyən etməyə imkan verir - Həkiminiz mədənin Rentgen müayinəsini də təklif edə bilər. Bununla mədə xoranın varlığı və yerləşməsini təyin edilə bilər. Amma Rentgenlə müqayisədə endoskopik müayinə daha dəqiq hesab edilir. - Helicobacter pylori infeksiyasının olub-olmaması nəfəs, nəcis və endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi ilə təyin edilə bilər - Endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi xərçəngin olub-olmamasını da təyin etməyə imkan verir.
Həkimə nə zaman müraciət etməli
Mədə xorası sizin özünüzün müalicə edəcəyiniz bir xəstəlik deyil. Antiasid dərmanların qəbulu sizdə ağrını müvəqqəti aradan qaldıra bilər, amma xəstəliyi tam müalicə etməyəcək. Odur ki, yuxarıda sadalanan əlamətlər sizdə olarsa həkiminizə müraciət etməniz məsləhədir. Xoranın zamanında müalicə olunmaması bir çox ciddi ağırlaşmalara gətirb çıxara bilər. Mədə xorasının ağırlaşmaları
- Mədə qanaxması - Mədənin perforasiyası, yəni deşilməsi - Xoranın maliqnizasiyası, yəni xərçəngə çevrilməsi - Mədə çıxacağında daralmanın əmələ gəlməsi (Pilorik stenoz) - Xoranın mədəaltı vəzinin başına penetrasiyası, yəni sirayət etməsi
Terapevtik Müalicə
Mədə xorasının müalicəsində iki əsas hədəf mövcuddur: - Bakteriyanın (Helicobacter pylori) məhv edilməsi - Mədə turşuluğunun azaldılması Helicobacter pylori bakteriyasının tapılması hallarında adətən iki antibiotikin kombinasiyasından istıfadə edilir. Bu zaman ən geniş istifadə edilən antibiotiklər bunladır: amoxicillin, clarithromycin və metronidazole. Həkiminiz Sizə əlavə olaraq Cytoprotective dermanlar adlanan sucralfate və misoprostol məsləhət görə bilər. Bu dərmanlar Sizin mədənin selikli qişasının daha tez bərpa olunmasına kömək edəcəkdir. Cərrahi müalicə
Cərrahi müalicəyə göstərişlər aşağıdakılardır: - Uzun terapevtik müalicə tarixçəsi və bu müalicələrin effektsiz olması - Davamlı pilorik stenoz, yəni mədə çıxacağının daralması - Maiqnizasiyaya, yəni xərçəngin əmələ gəlməsinə şübhə - Əvvəllər perforasiya (deşilmə) və qanaxma kimi ağırlaşmaların olmasıYuxarıda sadalanan hallarda sizdə varsa həkiminiz sizə aşağıdakı əməliyyatlardan birini təklif edə bilər: - Subtotal qastrektomiya – yəni mədənin üçdən iki hissəsinin çıxarılması. Bu əməliyyat nəticəsində mədənin turşu ifraz edən hüceyrələrə malik hissəsi çıxarılmış olur - Vaqotomiya – yəni azan sinirin mədəni innervasiya edən şaxələrinin kəsilməsi. Bununla mədənin turşu ifraz etmə qabiliyyəti azaldılmış olur. Amma son zamanlar cərrahlar bu əməliyyatdan az istifadə edirlər.
gundelik qidalanma
gundelik qidalanma
Ailəli qadınların gündəlik qayğılarının əsasını günün menyusu təşkil edir. Sadə dillə desək, "nə bişirim" problemi. Xüsusilə ailə həyatının ilk illərində qadınlar gündəlik qidanın nədən ibarət olduğunu dəqiq müəyyənləşdirə bilmirlər. Nahardan azacıq vaxt keçəndən sonra kiminsə yenidən yemək istəməsi başqa işələrə mane olur. Nə etmək lazımdır ki, ailə üzvləri bir-iki saatdan sonra yenidən acmasınlar? Təbii ki, bunun da çarəsi var. Bununçün nahara, şama nə bişirəcəyinizə qərar verməzdən əvvəl ərzaqların kalorisini dəqiqləşdirməyi unutmayın. Ən əsası isə hər şeyin ailəniz üçün maksimum xeyirli olmasına nəzarət edin. Bəs gündəlik qidanın tərkibi necə olmalıdır? Unutmayın ki, düzgün qidalanma insanın sağlamlığı üçün ən vacib amildir. Gündəlik rasionda zülallar, yağlar, karbohidratlar, mineral duzlar və təbii ki, vitaminlər olmalıdır. Bu üzvi maddələrin hər biri müəyyən miqdarda insan orqanizmi üçün çox vacib və faydalıdır.
Zülallar
Zülallar hər bir canlı hüceyrədə olur. Onlar yeni hüceyrələrin yaranması, bütün orqanizmin toxumalarının bərpası və inkişafı üçün lazımdır. Zülallar həm heyvan, həm də bitki mənşəli olurlar. Heyvan mənşəli zülallar ən çox süd, ət, balıq və yumurtanın tərkibində mövcuddur. Tərəvəzlər, yarmalar, çörək bitki mənşəli zülallarla zəngindir. Qidalanma üçün meyvələrin, kələmin və kartofun tərkibinə daxil olan zülallar xüsusi əhəmiyyət kəsb edir. Hər bir insan gündə 100-120 qram zülal qəbul etməlidir. Fiziki işlə məşğul olan insanla üçün gündəlik zülal həddi 150-160 qramdır. Bu miqdarın 60 faizini heyvan mənşəli zülallar təşkil etməlidir.
Yağlar
Süd məhsullarının (kərə yağı, xama, kəsmik, qaymaq, süd) tərkibinə daxil olan yağlar insana daha çox xeyirlidir. Bu yağların tərkibində vitaminlər çoxdur və onlar asanlıqla həzm olunur. Bitki mənşəli yağlar isə yüksək qidalılığı ilə seçilir... İnsana bir gündə lazım olan yağların orta miqdarı 80-110 qramdır. Onların yarısı bitki, yarısı isə heyvan mənşəli yağlar olmalıdır.
Karbohidratlar
Karbohidratlar da enerji mənbəyi hesab olunur. Onlar məhsulların tərkibinə şəkər və nişasta hüceyrələri şəklində daxil olur. Həm şəkər, həm də nişasta çox dəyərli qida məhsullarıdır. Onlar ən çox bitki mənşəli məhsulların (tərəvəzlər, giləmeyvələr, yarmalar, un, çörək) tərkibində olur. Karbohidratlar mədə-bağırsaq sisteminin düzgün işləməsi üçün lazımdır.
Mineral duzlarHəyat üçün çox zəruri olan üzvi maddələrdir. Kalsium - sümüklərə, əzələlərin və ürəyin normal işinə; fosfor - sümüklərə, toxumalar və sisnir sisteminin işi üçün; maqnium - qan damar sistemi; dəmir - qanın tərkibi üçün zəruridir. Mineral düzlara ən çox meyvə və tərəvəzlərin tərkibində rast gəlinir. Yarmalarda və süd məhsullarında da mineral duzlar var. Fosfor - ət, balıq, pendir, kələm, yumurta və çörəkdə; maqnium - yarmalarda, qara çörəkdə; dəmir - təzə göyərtidə, ətdə və çörəkdə var. Hər gün orqanizmə orta hesabla 0,8-1 qram kalsium, 1,5-1,7 qram fosfor, 0,3-0,5 qram maqnium, 1,4-1,6 qram dəmir lazımdır.
Vitaminlər Vitaminlər orqanizmin sağlamlığı üçün hava qədər vacibdir. Onların çatışmazlığı qısa müddətdə insanın orqanizmində xəstəlik şəklində üzə çıxır. Qida məhsullarının tərkibində mövcud olan hər bir vitamin orqanizmə özünəməxsus tərzdə təsir edir. A vitatmini orqanizmin ümumi fəaliyyətinə təsir edir, infeksion xəstəliklərə qarşı mübarizəni gücləndirir, görmə orqanının fəaliyyətinə kömək edir. Bu vitaminə süd, pendir, yağ, kəsmik, yumurta və qara ciyərdə rast gəlinir. Yerkökü, göy soğan, kahı, pomidor və əriyin tərkibinə olan keratin maddəsi orqanizmdə A vitamininə çevrilir. A vitamininin gündəlik miqdarı 1 milliqram olmalıdır. B1 vitamini dözümlülüyü və iştahanı yüksəldir, sinir sisteminə yaxşı təsir edir, soyuğa davamlılığı artırır. Bu maddəyə ən çox taxılların üz pərdəsində rast gəlinir. Sözü gedən vitaminin çatışmazlığı zamanı iri döyülmüş undan hazırlanan çörək yemək məsləhət görülür. B1 paxlalılarda, qaraciyərdə, mayada da olur. Yetkin insanın gündəlik qidasında B1 vitamininin miqdarı 2 milliqram nəzərdə tutulur. B12 viatmini gözlərin və dərinin sağlamlığı üçün vacibdir. Onun mövcudluğu qidanın orqanizm tərəfindən yaxşı həzm olunması üçün də lazımdır. Bu vitamin süddə, ət məhsullarında (qaraciyər, ürək və böyrəkdə), kələmdə, yumurtada, mayada və kahıda olur. Sutka ərzində 2 milliqram B12 vitamini qəbul etmək lazımdır. C vitamini orqanizmin infeksion xəstəliklərə qarşı mübarizə gücünü və immuniteti artırır, skorbutdan (diş ətinin xəstəliyi) müdafiə edir. Bu vitaminə ən çox meyvə, tərəvəz və giləmeyvələrdə - kələm, kartof, pomidor, soğan, qırmızı bibər, kahı, alma, qara qarağat, itburnu, limon, portağal və başqalarında rast gəlinir. S vitamininin gündəlik norması 50 milliqramdır. D vitamini kalsium və fosforun sümüklərdə toplanması prosesini təmin edir. Bu maddə ən çox körpə uşaqlara lazımdır. Onun çatışmamazlığı körpələrdə raxit xəstəliyinin əmələ gəlməsinə səbəb olur. D vitamininə yumurta sarısı, kərə yağı və balıq yağında rast gəlinir. P vitamini kapilyarların divarlarını möhkəmləndirir. O, limon, portağal, qırmızı bibər, itburnu, çay yarpaqları və üzümdə mövcuddur. PP orqanizmi sinir sistemi xəstəliklərindən qoruyan vitamindir. Ona daha çox süddə, qaraciyərdə, böyrəkdə, göbələkdə, mayada, yer fındığında rast gəlinir. Vitaminin gündəlik qəbul miqdarı 15 milliqramdır. Gərgin əməyin kəskin artması zamanı, hamiləlik dövründə və uşağa süd verərkən orqanizmin vitaminlərə tələbatı yüksəlir. Uşaqların inkişafı dövründə də vitaminlərin gündəlik norması artırılmalıdır. Yuxarıda sadalanan vacib maddələr orqanizmdə parçalanaraq kaloriyə çevrilir. Məsələn 1 qram zülalın parçalanmasından 4,1 kalori, 1 qram yağın parçalanmasından isə 9,3 kalori ayrılır.Hər bir insan üçün lazım olan gündəlik kalorinin miqdarı orqanizmin "daşıdığı yükdən" asılıdır. Əqli işlə məşğul olan insanlara gündə 3000, mexaniki fiziki işlə məşğul olanlara 3500, ağır fiziki əməklə məşğul olanlara 5000, idmançılara isə 6500-7000 kalori lazımdır. Ailə üçün nəzərdə tutulan menyuda bu maddələrin hər birinin zəruri miqdarda olmasına diqqət yetirmək lazımdır. Kənardan çətin görünən bu iş əslində çox asandır. İstifadə etdiyimiz bütün qablaşdırılmış məhsulların üzərində onların kalori dəyəri və tərkibi qeyd olunur. Açıq şəkildə aldığımız məhsulları isə xörəyə vitamin tərkibinə əsasən daxil etmək olar. Əvvəllər bir az vaxtınızı alacaq bu iş, tezliklə adət halına keçəcək və siz məhsulların üzərinə baxmadan belə onların qidalılıq dəyərini biləcəksiniz.
Подписаться на:
Сообщения (Atom)