среда, 25 декабря 2013 г.
четверг, 19 декабря 2013 г.
Qadınlarda yumurtalıq kistləri
Qadınların ən sıx qarşılaşdıqları problemlərdən biridir. Yumurtalıq kistləri,yumurtalıqlarda bir və ya daha çox sayda ola bilən, böyüklükləri müxtəlif olan, içərisi maye dolu lan bir şisdir.Yumurtalıq kistlərinin müxtəlif növləri vardır. Bunlar-funksional kistlər, dermoid kistlər, korpus luteum kistləri, endometrioma və polikistik over xəstəliyi olaraq təsnif edilə bilər. Yumurtalıq kisti ciddi bir problemdir.Buna görə qadınların diqqətli olması lazımdır.
Funksional kistlər
keçici kistlərdir. Ovulyasiyadakı,yəni yumurtlamadakı pozuqluqlara bağlı olaraq şəkillənə bilər. Bunlar arasında ən sıx qarşılaşılanları follikul kistləri olaraq adlandırılan kistlərdir. Bu kistlər adətən hər hansı bir ağrıya səbəb olmaz. Qısa bir müddət sonra özbaşına yaxşılaşma yaranır.
Dermoid kistlər
isə gənc yaşlarda daha çox görülər. Bu kistlərin əməliyyat ilə çıxarılmaları lazımdır.
Korpus luteum kistləri
Korpus luteum adı verilən ovaryumdaki bir quruluşdan mənbəyini götürər. Bu kistlər də funksional kistlər kimi adətən ağrı meydana gətirməz və özbaşına düzələr.
Endometrioma kistləri
endometriyumun yumurtalıqlarda olanda yaranan bir kistdir. Bu kistlərə şokolad kist adı da verilməkdədir. Müalicəsində əməliyyat ilə kistlərin çıxarılması və bölgənin təmizlənməsi lazımdır.
Polikistik over
xəstəliyi isə,kişilik hormonlarının çox sekresiyalanması səbəbiylə ortaya çıxan bir vəziyyətdir. Buna həddindən artıq kilolu qadınlarda daha çox rast gəlinər. Bu xəstəlik yumurtalıq kistləri ilə birgə başqa problemlərini də meydana gətirə bilər. Sonsuzluğa da səbəb ola bilər.
Yumurtalıq kistlərindən bəziləri hər hansı bir ağrıya və əlamətə səbəb olmaz. Ümumiyyətlə, kist əlamətləri; nizamsız aybaşı, xüsusilə qasıq bölgələrində yaranan ağrıdır.
Yumurtalıq kistlərinin diaqnozunda ultrasondan istifadə olunur. Ultrason sayəsində rahatlıqla diqnoz qoyulur.
Müalicə isə kistin quruluşuna və həkimin verdiyi qərara görə müəyyənləşir. Kiçik kistlər ümumiyyətlə özbaşına yaxşılaşır. Bəzi kistlər üçün dərman müalicəsi tətbiq oluna bilər. Bəziləri üçün isə cərrahi müdaxilə tətbiq olunar.
Burun qanaması zamanı nə etməli?
Burun qanaması zamanı ilk öncə sakit olmaq lazımdır. Əks təqdirdə bir çox etməniz lazım olan şeyi unuda bilərsiniz. Başı yüngülcə önə əyin və iki barmaqla iki burun pərəsini basın. Üç-dörd dəqiqə sonra burnunuza soyuq su çəkməklə yüngülcə fınxırmaq lazımdır. Burnun içində yaranan laxtaları kənarlaşdırmaq vacibdir. Təkrar burun pərələrini basıb tutmaq və qanama davam edərsə həkimə müraciət etmək lazımdır.
Gündə neçə dəfə qanama olarsa həkimə müraciət edilməlidir?
Səbəbsiz yerə baş verən burun qanaması zamanında. Infeksiyalardan müalicə lazımdır. Tez, amma az qanama varsa təcili deyil, amma az, lakin sıx qanama müdaxilə tələb edə bilər.
Qanama olduğunda nə (hansı testlər) istənilir?
Sadə kapilyar damar qanamaları üçün çox test edilməsinə ehtiyac yoxdur, ən azından ilk dəfə lazım olmaya bilər. Həddindən artıq qanamalarda isə qanama və laxtalanma faktorlarını yoxlamaq üçün qan verilməsi kafi olar. Burun içi müayinəsi ən yaxşı üsuldur. Qan testləri xaricində radioloji tədqiqlər da kömək edə bilər. Xüsusilə zədəsi varsa. Bəzən ailənin və ya xəstənin qol və qıçlarında göyərmələr olarsa, irsi bir xəstəlik olub-olmadığı araşdırılar.
Qanamağa istiqamətli müalicədə hansı variantlar var?
Əvvəlcə barmaqla burunda təzyiq yaradılaraq, iki qanaddan qanamaya nəzarət edilə bilər. Xırda damar qanamalarında koterizasyon (gümüş, nitrat, bar ilə yandırma və ya irəli mərhələlərdə elektrokoter istifadə) kafi olar. Bəzən qanama idarəsi üçün burun içi bamperlər istifadə edilə bilər. Bu bamperlər artıq can yandırmağa və içindən eyni zamanda nəfəs alına bilən yumşaq süngerimsi (fınxırma gərəkdirən) bamperlərdir.
Müalicə nə qədər davam edər?
Müalicə səbəbə görə dəyişir. Yandırma hadisəni bir neçə dəqiqədə bitir. Tampon da çox zaman tələb edən bir şey deyil. Bamperlər 2-3 gün, irəli və ciddi vəziyyətlərdə 7 günə qədər tutula bilər. Bu hadisələrdə mütləq antibiotik ilə dəstəkləmək lazımdır. Xəstəyə fınxırmaqdan və buruna təzyiq tətbiq etməkdən (asqırıq əsnasında) qaçınması məsləhətdir.
Gimnastika və onun sağlamlaşdırıcı əhəmiyyəti
Gimnastika, insanın fiziki formasının və xoş əhval-ruhiyyəsinin, orqanizmin müqavimət qabilyətinin və gözəl qədd-qamətinin saxlanmasına yönəldilmiş vasitələrdən ən mühümüdür.
Müxtəlif yaş qruplarından olan insanlar arasında gimnastikanı idman təşkilatları aparır. Lakin qadınların əksəriyyəti bir çox səbəblər üzündən bu məşğələlərə gedə bilmir. Amma bunu ev şəraitində də etmək mümkündür. Gimnastika edərkən sadə, yüngül hərəkətlərdən başlayıb, orqanizmi daha ağır hərəkətlərə hazırlamaq lazımdır. İkinci mərhələdə daha ağır hərəkətlər edir, sonra isə sakitləşdirici təmrinlərə keçirlər ki, bunun da əsas xüsusiyyəti əzələləri boşaltmaq və rəvan tənəffüsü bərpa etməkdir. Təmrinlərin miqdarı və onların təkrarı hər kəsin təlabatı və imkanlarından asılıdır. Çox yaşlılar, səhhəti zəif olanlar və ya yaxında xəstəlik keçirənlər, xüsusi ilə əvvəllər idmanla məşğul olmayanlar təmrinlərə ehtiyatla yanaşmalı və həkimdən mütləq icazə almalıdırlar. İlk vaxtlar təmrinlər üçün elə sürət seçmək lazımdır ki, təngnəfəslik əmələ gəlməsin, idman edərkən kəskin hərəkətlərdən çəkinmək, cəld hərəkətlərə ya tənəffüs gimnastikası ilə, ya da yerişlə ara vermək lazımdır. Təngnəfəslik, avazıma, ya da dərinin qızarması orqanizmin çox yüklənməsinə işarədir, odur ki təmrinlərə ara vermək lazımdır.
Arıqlamaq üçün edilən hərəkətlərin xüsusi əhəmiyyəti vardır. Lakin arıqlamaq üçün hərəkətləri sürətlə etmək lazımdır. Onların tempi iti olmalı, get-gedə daha çox təkrar olunmalıdır. Həm də elə təmrinlər seçmək lazımdır ki, onlar əsasən piy yığılan əzələləri əhatə etsin: bunlara yerində tullanma, kəskin çevrilmələr, qaçmaq və s. aiddir.
Bəs əzələlərin kütləsini artırmaq istəyən arıq adamlar nə etməlidir? Əvvəla təmrinlərin tempi bir qədər asta olmalıdır. İkincisi elə təmrinlər seçmək lazımdır ki, fiziki qüvvə artsın. Onlar çox piyada gəzməli, idmanla, xüsusilə üzgüçülüklə məşğul olmalıdırlar. Normal qədd-qamətli adamlar bütün əzələləri eyni qaydada inkişaf etdirən təmrinlər seçməlidirlər. Təmrinləri açıq hava, ya da açıq pəncərə qarşısında, heç olmasa havası dəyişidirilmiş otaqda etmək məsləhətdir. Təmrinlər zamanı ağ ciyərlərin ventilyasiyası, qan axının sürəti bir neçə dəfə artdığı üçün təmiz hava çox vacibdir. Açıq havada gimnastika etməyin bir üstün cəhəti də, onun bədəni möhkəmləndirməsidir. Hərəkətlərin hava və günəş vannaları, su prosedurları ilə birgə aparılması maddələr mübadiləsinə, qan dövranına yaxşı təsir edir.
Təmrinləri xüsusi geyimdə etmək lazımdır. Bunun üçün trikotaj paltar daha münasibdir.Təmrinləri qış vaxtı açıq havada yerinə yetirərkən əyinə isti paltar geymək lazımdır. Gimnastika üçün ayaqqabı ayağa uyğun və çox rahat olmalıdır. Lakin xalça, ot, qum üstündə edilən hərəkətlər ayaqyalın daha xeyirlidir. Ayaqyalın edilən hərəkətlər ayaq əzələlərinə qüvvətləndirici təsir göstərir.
Elmi tədqiqatlar göstərir ki, müntəzəm edilən hərəkətlər zamanı daha yaxşı təsir göstərir. Hər gün edilən təmrinlər qısa müddətli olsa da, daha xeyirlidir. Ona görə də qəddi-qamətini yaxşı saxlamaq istəyən xanımlar gündə vaxtının bir neçə dəqqəsini gimnastikaya ayırmalıdır. Yatmamışdan əvvəl edilən gimnastikanın xüsusi əhəmiyyəti vardır. Bu gimnastika gərginliyi aradan götürən, ən əvvəl tənəffüs və ümumiyyətlə bütün əzələlərin gərginliyini azaldan təmrinlərə əsaslanmalıdır. Bunlardan əlavə, heç olmasa həftədə bir dəfə təcrübəli məşqçinin nəzarəti altında idman qrupunda gimnastika ilə məşğul olmaq yaxşı nəticə verir.
Səhər gimnastikasının sağlamlıq üçün böyük əhəmiyyəti vardır. Hər gün səhər yerinə yetirilən gimnastikanın bütün gün ərzində fiziki formanın, yaxşı əhval-ruhiyyənin saxlanmasına, iş qabilyətinin yüksəlməsinə imkan yaradır. Səhər gimnastikasını yeməkdən əvvəl, yuxudan oyanandan bir neçə dəqiqə sonra etmək lazımdır. Özlərini pis his edən və yaxud tənbəl adamlar gimnastikanı yataqdada edə bilərlər.
Gecə istirahətindən sonra orqanizmdə gedən bütün prosesslər ləngidiyindən gündüz həyat ritminə tədricən keçmək lazımdı. Ona görə də səhər gimnastikası yüngül hərəkətlərlə olmalıdır. Bunun üçün ən yaxşı tərminlər tənəffüs hərəkətləri, gərnəşmələr və s. olmalıdır. Sonra daha ağır hərəkətlərə keçmək olar.
Gimnastika nəinki zahiri görünüşə, həmçinin iş fəaliyyətinə də böyük təsir göstərir. Buna görə çox böyük idman zalına o qədər də ehtiyac yoxdur. Gərgin vəziyyətin dəyişdirilməsi, əzələlərin boşaldılması, bir necə dəfə əyilib-qalxmaq, əlləri oynatmaq, oynaqları hərəkət etdirmək və əzələ yorğunluğunu aradan götürmək. Gimnastika ələlxüsus da oturaq iş rejimi olanlara xeyirlidir.
Bəs fiziki işdə işləyənlər? Fiziki iş çox vaxt əzələlərin güc və kütləsini bir tərəfli inkişaf etdirir. İşləməyən əzələ qruplarının hərəkətlə cəlb edilməsi bu qeyri-bərabərliyi aradan götürür. Məsələn: bir əllə görülən iş həmin əlin əzələlərinin böyüməsinə imkan verir. Lakin o biri əli oynatmaqla aradan götürmək olar.
Ayaq üstə işləyən xanımlar gimnastikanı oturaraq etməlidirlər, bu da ayaqlara çox ağırlıq verməz.
Bir sözlə- gimnastika hamıya gərəkdir.
Sizin vitamininiz hansıdır?
Hansı dönəmdə hansı vitaminə ehtiyac duyulur? Yazımıza nəzər salaraq mövzuyla əlaqədar məlumat əldə edə bilərsiniz.
Vitaminlər bədəndəki metabolik proseslərin normal şəkildə meydana gəlməsi və davam etdirilməsi üçün lazım olan və qidalar içində az miqdarda olan maddələrdir.
Ağır aybaşı qanaması olanlar: Dəmir mineralı... Qadınlar hər aybaşı zamanı qan itirdiyindən, bundan əlavə hamiləlik və əmizdirmə zamanı uşağın dəmir ehtiyacını ana ödədiyindən dəmirə olan tələbat artır. Qadınların dəmir toplayıb saxlama qabiliyyəti aşağı olduğundan onlar dəmir qəbuluna xüsusi ehtiyac duyurlar.
Hamilə və süd əmizdirən qadınlar: Hamiləlik və süd vermə zamanı istər ana, istərsə də döl və ya uşağın A, C, B1, B6, B12, fol turşusu vitaminlərindən əlavə dəmir, kalsium kimi minerala tələbatı artır. Buna görə də üçün vitamin preparatlarına ehtiyac duyula bilər.
Çox aşağı kalorili pəhrizlə bəslənənlər: Multivitamin... Bu kompleksi günün istənilən vaxtında qəbul etmək mümkündür, lakin yaxşı nəticə əldə etmək üçün onu qida qəbulundan sonra qəbul etmək tövsiyə olunur.
Vegeterianlar: Kalsium, dəmir, sink, B2 və D vitamini. Qanın ən əsas funksional komponentini əmələ gətirən dəmir hüceyrələrə oksigen daşınması və beləcə hüceyrələrdəki oksidləşmənin davam etdirlməsi üçün lazımdır. Dəmir çatışmazlığı ilə əlaqəli olaraq qan azlığı, yorğunluq və əmək fəaliyyətində azalma görülür.
Kifayət qədər günəş almayanlar, süd məhsulu içməyənlər: D vitamini... D Vitamini nazik bağırsaqdan kalsiumun sovrulmasına kömək edir. Kalsiumun sümüklər və diş ətlərində qalmasını təmin edir.
Sağlam qidalanmayanlar: Həkim məsləhəti ilə çox vitamin və mineral... Vitamin və minerallar insan bədəninin düzgün bir şəkildə işləməsini təmin edir. Hər gün yediyimiz qidanın tərkibində vitamin və mineralların olmasına baxmayaraq bəzi qidaların tərkibində digərlərinə görə daha çox vitamin və mineral var.
Vitaminlər iki kateqoriyaya ayrılır:
1) Yağda əriyən vitaminlər;
2) Suda əriyən vitaminlər.
Подписаться на:
Сообщения (Atom)