четверг, 16 января 2014 г.

Usaqligin sallanmasi uşaqlığın düşməsi (sallanması)

Uşaqlığın düşməsi (sallanması)
Vaginal yolun enməsi və uşaqlığın düşməsi (sallanması)  
Bu xəstəliyin əsas səbəbi çanaq dibi və aralıq əzələlərinin cırılması, həmçinin daxili orqanları saxlayan bağların zəifləməsi və dartılmasıdır. Uşaqlıq yolunun enməsi - piylənmə, daim ağır əşyaların qaldırılması ilə müşayiət edilən fiziki işlərlə məşğul olması nəticəsində də baş verə bilər. 
Xəstəlik nələrdən sonra inkişaf edə bilər ? 
Uşaqlıq yolunun enməsi və sallanması (düşməsi) ağır keçən doğuşlardan sonra (mamalıq maşalarından istifadə edilməsi, aralığın çox saylı cırılmaları ilə keçən doğuşlar) doğuşdan az bir zaman keçməsinə baxmayaraq ağır fiziki işlərlə məşğul olan cavan qadınlarda, həm də cinsi orqanlarda yaşla əlaqədar olaraq yaranmış olan dəyişikliklər nəticəsində yaşlı qadınlarda da təsadüf edilir.
Uşaqlığın düşməsi (sallanması)
  Xəstəliyin inkişafı necə gedir?
Əvvəlcə uşaqlıq yolu, sidik kisəsinin, bəzi hallarda isə düz bağırsağın bir hissəsi enmiş (düşmüş) olur. Uşaqlıq yolunun düşməsi adətən, tədricən inkişaf edir. İlk əvvəl güc verilərkən ağrı hissiyyatları meydana çıxır: qarnın aşağı hissəsində və beldə uzun sürən ağrılar, sidiyi saxlaya bilməmək, qəbizlik və s. Bəzi hallarda cinsi əlaqə zamanı da ağrının olması baş verə bilər. Patoloji hal inkişaf etdikcə uşaqlıq yolunda yad bir cismin olması hissiyyatı yaranır, uşaqlığın selikli qişası kobudlaşmağa başlayır, hər hansı bir travmadan asanlıqla zədələnir, səthində eroziya və xoralar əmələ gəlir.
Vaxtında ölçü götürülməzsə, orqanların sallanması artmaqda davam edəcəkdir. Tədricən sidik kisəsinin və düz bağırsağın hissələri daha çox sallanmağa başlayır, uşaqlıq get-gedə daha aşağıya enir. Nəhayət, son nəticədə uşaqlıq yolu, uşaqlıq, sidik kisəsinin və düz bağırsağın bir hissəsi, kisə şəklində (ölçüləri yeni doğulmuş uşaq başı boyda) olmaqla, cinsi dəlikdən xaricə çıxmış olurlar.
Xəstələr nə zaman həkimə müraciət etməlidirlər?
Əksər hallarda utancaqlıq səbəbindən qadınlar xəstəliyin müalicəsi üçün qiymətli vaxtlarını itirərək həkimə çox gec müraciət edirlər. Nəticədə xəstəlik o dərəcəyə qədər ağırlaşır ki, onun müalicəsi yalnız cərrahi yolla mümkün olur.
Uşaqlığın düşməsi (sallanması)
Xəstəliyin müalicəsi necədir?
Patoloji halın müalicəsi uşaqlıq yolunun enməsi dərəcəsindən asılıdır. Bu enmə çox deyilsə, konservativ müalicə tətbiq edilir. Bu zaman usaqlıq yolunun qan dövranını yaxşılaşdırmaq məqsədi ilə xəstələrə fiziki gərginliyin azaldılması (xüsusən də 45 yaşından sonra), ginekoloji massaj kursu, gigiyenik bədən tərbiyəsi ilə məşğul olmaq məsləhət görülür.
Xəstəliyin gecikmiş formalarında həkimlər cərrahi müdaxiləyə əl atmalı olurlar.
Cərrahi müdaxilənin mahiyyəti nədir ?
Uşaqlıq yolu divarları tikildikdən sonra uşaqlıq, sidik kisəsi və çanaq dibi əzələləri öz “qanuni yerlərinə” qayıdırlar. Əməliyyat ümumi narkoz altında uşaqlıq yolundan olmaqla aparılır. Əməliyyatdan sonra qadına bir həftə ərzində yataq rejimi təyin edilir. Yaranın sağalmasından və iltihabi prosesin olub-olmamasından asılı olaraq, təxminən iki həftədən sonra qadına oturmağa icazə verilə bilər.

Bəs xəstəliyin profilaktikası üçün nə etmək lazımdır?
Bunun üçün əsasən uşaq yaşlarından etibarən, xüsusi idman hərəkətlərindən istifadə etməklə qarın və çanaq dibi əzələlərini möhkəmləndirmək lazımdır.
Hamiləlik zamanı, əks göstəriş olmadığı halda, mütləq xüsusi idman hərəkətləri ilə məşğul olmaq məsləhət görülür. Bu, doğuş zamanı aralıq əzələlərinin cırılmasının və qarının düz əzələlərinin aralanmasının qarşısını alır. Doğuşdan sonrakı iki ay müddətində isə qadın ağır əşyalar qaldırmaqdan çəkinməli, hətta mümkün qədər hər hansı fiziki işlə məşğul olmamalıdır.
Doğuşdan sonra həkimlə məsləhətləşməklə qadın bir sıra xüsusi fiziki hərəkətlər kompleksini yerinə yetirə bilər. Bu ona, özünün qarın divarı və çanaq dibi əzələlərini möhkəmləndirməyə və daxili cinsi orqanlarının qan dövranını yaxşılaşdırmağa imkan vermiş olur. Doğuşdan sonrakı dövrdə xüsusi bandaj (qurşaq) geyinilməsi yaxşı profilaktik kömək edir.

пятница, 10 января 2014 г.

Öd kisəsi polipləri Od kisesi polipleri

Elaqe ucun Dr Elvin Ali  055 692 86 49



  Öd kisəsi polipləri
Öd kisənizdə polipmi müəyyən olunub?
Əgər sizdə və ya yaxınınzda polip müəyyən olunmuşdursa, buyurun, bu xəbəri oxuyun. Xəbərdə öd kisəsi poliplərinin tipləri, xərçəngə çevrilib çevrilməməsi və mualicəsi haqqında, xüsusən hansı poliplərə əməliyyata ehtiyac var, hansı poliplərə əməliyyata ehtiyac yoxdur suallarına cavab verilmişdir.
Öd kisəsi polipləri öd kisəsi selikli qışasından başlanğıc götürən şişlərdir. Böyük əksəriyyəti xoş xassəli və zərərsizdir. Öd kisəsi polipiləri adətən digər problemlər ilə əlaqədar aparılan qarın boşluğunun ultrasəs muayinəsi zamanı müəyyən olunur. İnsanların 1-4%-də müəyyən olunur.
Öd kisəsi polipinin 5 növü mövcuddur:
1. Xolesterol tipli öd kisəsi polipləri -  bu tip poliplər öd kisəsi poliplərinin 60 %-ni təşkil edir. Adətən saplı qurluşda və ölçüsü 2-20 mm arasındadır. Qanda xolesterol səviyyəsi ilə bu poliplər arasında əlaqə elmı tədqiqatlar ilə müəyyən olunmamışdır. Bu poliplər daha çox 40-50 yaş arasında qadınlarda müəyyən olunur və çox hallarda klinik əlamətləri olmur. Bu tip poliplərin öd kisəsi xərçənginə çevrilmə ehtimalı yoxdur. Bu poliplər olan öd kisəsində xarakterik çiyələk görünüşü mövcud olur.
Öd kisəsi polipləri
2. Adenomiyomalar  -  Öd kisəsi poliplərinin 25%-ni təşkil edirlər. Ölçüləri 10-20 mm arasında dəyişir. Bu tip poliplər xərçəngə çevrilmir. Onlar öd kisəsində baş vermiş iltihabi prosesə cavab olaraq yaranır.
3. İltihabi öd kisəsi polipləri - Bu tip poliplər adətən öd daşı xəstəliyində əziyyət çəkən xəstələrdə olur. Ölçüləri  5-10 mm olur. Bütün öd kisəsi poliplərinin 10 %-ni təşkil edir. Bu tip poliplər də xərçəngə çevrilmir.
4. Adenomalar - bu tip öd kisəsi polipləri 4 % hallarda rast gəlinir və xərçəngönü proses hesab olunur. Adenomaların 25 % xərçəngə çevrilir. Ölçüsü 12 mm olan adenomalar xərçəng hüceyrəsinin daşıyıcısıdır. Ölçüsü 10 mm-dən böyük olan adenoma tip öd kisəsi poliplərinin 25-75 % öd kisəsi xərçənginin yaranmasına səbəb olur.
5. Qarışıq tip poliplər - Qarışıq tip poliplər müxtəlif qaynaqlı və qurluşludur. Nadir təsadüf olunurlar.
Öd kisəsi poliplərinin muayinəsi, cərrahi əməliyyatın ehtiyac olub-olmamasının müəyyən olunması və müşahidəsində ultrasəs muayinəsi (USM) və komputer tomoqrafiya (KT)  muayinəsi faydalıdır.
Öd kisəsi polipləri
Müalicə 
 Təsdiq olunmuş müalicə - öd kisəsi polipləri üçün laporoskopik xolesistektamiayadır. Lakin bütün öd kisəsi polipləri zamanı cərrahi mualicəyə ehtiyac yoxdur.
Aşağıdakı hallarda cərrahi əməliyyatın icrası vacibdır:
1. Əgər xəstədə öd kisəsi polipi klinik əlamətlər ilə özünü büruzə verirsə laproskopik xolesistektamiya icra olunur.
2. Əgər xəstənin yaşı 50-dən yuxarı və xəstədə öd kisəsində poliplə yanaşı öd daşıda müəyyən olunmuşdursa, laproskopik xolesistektamiya icra olunur.
3. Əgər xəstədə öd kisəsi polipi 10 mm-dən kiçikdirsə, 6 ay ara ilə müşahidə məqsədi ilə USM icra olunur, dəyişiklik qeyd olunmursa, əməliyyat icra olunmur. Əgər surətli artım qeyd olunarsa, laporoskopik xolesistektamiya icra olunur.
4. Əgər öd kisəsində polip sayi 3 və daha çoxdursa, bu zaman polipin ölçüsündən aslı olmayaraq laproskopik xolesistektamiya icra olunur.
5. Əgər xəstədə öd kisəsi polipi 10 mm-dən böyük, ölçüsü sürətlə artırsa, klinik əlamətlər varsa, öd kisəsində poliplə bərabər öd daşı varsa, xəstədə laproskopik xolesistektamiya icra olunur.
6. Əgər xəstədə öd kisəsində 1-2 ədəd 10 mm-dən kiçik, klinik əlamətlər verməyən, polip ölçüləri 6 ay müşahidə zamanı böyümürsə, poliplə bərabər öd kisəsində digər patoloji proses qeyd olunmursa, xəstədə xolesistektamiya əməliyyatına ehtiyac yoxdur.
7. Əgər xəstədə öd kisəsinin bəd xassəli şişinə şübhə varsa, zamanı uzatmadan açıq xolesistektamiya icrası məsləhətdir.