суббота, 26 октября 2013 г.

Hamilelikden sonra Göbək yırtıqları

Doğuşdan sonra göbək yırtığı
 Göbək yırtıqları dəliyinin tam içindən çıxır və bir fındıq boyundan portağal boyuna qədər müxtəlif ölçülərdə ola bilər. Yırtığın çıxdığı açıq yer, uşaq ana bətnində ikən ana ilə arasındakı qan axımını təmin edən göbək ciyəsinin qarın divarına girdiyi yerdir. Ona görə də göbək yırtıqları da  “anadangəlmə bir zəif nöqtədən” çıxan yırtıqlardır. 
Göbək yırtıqları, qadınlarda daha çox rastlanır və ən çox hamiləlikdən sonra xəstə tərəfindən hiss edilir. Normal halda içəriyə doğru olmalı olan göbək çuxuru, xaricə doğru çıxmış vəziyyətə gəlir.
Ümumi cərrahlar arasında kiçik göbək yırtıqlarını yamaqsız, düz tikiş ilə bərpa əməliyyatı aparmağa meyl vardır, amma bizim mərkəzimizdə bütün göbək yırtıqlarında yamaq ilə bərpa həyata keçirilməkdədir. Çünki Avropa Yırtıq Dərnəyi, bütün göbək yırtıqlarında yamaq ilə bərpanın yırtıqların yenidən açılmasının qarşısını almaq baxımından daha doğru olduğunu məsləhət görür. Yamaq ilə bərpa olunmayan  göbək yırtıqlarının kiçik də olsa, bəzi hallarda müəyyən vaxt ərzində yenidən açıldığı müəyyənləşdirilmişdir.
Göbək yırtıqları açıq və bağlı üsullarla əməliyyat edilə bilər. Açıq metod ilə standart yamaqlar istifadə edilərkən, bağlı metodda mütləq kompozit yamaqlardan istifadə edilməlidir.
Doğuşdan sonra göbək yırtığı
Kompozit yamaqlar daha bahalı olduğu üçün əməliyyatın maliyyətini artırır. Çox kiçik göbək yırtıqlarında bağlı metodun önəmli bir üstünlüyü yoxdur, ancaq böyük göbək yırtıqlarında bağlı üsul, xəstə üçün daha asan və komfortlu ola bilər.
Göbək yırtıqları böyüdüyü zaman getdikcə arta bilən boğulma riski daşıyır. Əvvəllər xəstə uzandığı zaman və ya əllə içəri salındığı zaman yox olan yırtıq, artıq içəri girmir. Təcili hal olan yırtıq boğulması ağrı və o sahədə qızartı da verir. Təcili hallarda kifayətli səhiyyə xidməti tapa bilməyəcəyinizi düşündüyünüz zaman, ən qısa müddətdə göbək yırtığından qurtulmalısınız.
Göbək yırtıqları kiçik olduğu zaman yerli anesteziya ilə bərpa edilə bilər. Ümumiyyətlə, əməliyyat günü xəstə evinə göndərilə bilər. Xəstələr qısa müddət ərzində normal həyatlarına və işlərinə qayıda bilərlər. Yamaq ilə bərpa edildiyi zaman yenidən yaranma riski çox azdır

четверг, 10 октября 2013 г.

Qulaq plastikası – otoplastika nədir?

Qulaq plastikası – otoplastika nədir? 
Otoplastika, qulaq qığırdağının yenidən şəkilləndirilməsidir, lazım olduqda qığırdağın bir hissəsinin götürülməsi və ya qığırdaq əlavə olunması ilə icra olunan cərrahi əməliyyatdır. Əksər hallarda problem anadangəlmədirBu əməliyyat qulaq formasında deformasiya olduqda, böyük olduqda, önə çox qabardıqda və başqa hallarda icra olunur. Qulağın inkişafı 5-6 yaşda tamamlanır. Əməliyyatın tətbiqi də bu yaşdan sonra icra olunur.
 Əməliyyatın icrası haqqında 
Əməliyyat zamanı qulağın arxasında kiçik kəsik aparılır, hansı ki, bu kəsik xaricdən görülmür. Kəsik icra olunduqdan sonra qığırdaq əldə olunur, forma verilir və bu formaya uyğun tikilir. Sonra qulaq dərisindəki kəsik tikilir. Əməliyyat zamanı və sonrakı dövrdə xəstədə demək olarkı ağrı olmur. Xəstə əməliyyat icra olunduğu gün evə yazılır.
Anesteziya növü necə seçilir? 
Əməliyyat yerli keyitmə ilə icra olunur. Uşaqlarda lazım olarsa əməliyyatın icrasında ümumi anesteziyaya üstünlük verilir. Bəzən isə yaşlı şəxslərdə xəstənin istəyi  ilə ümumi anesteziya seçilir.
Əməliyyatın müddəti nə qədərdir?
Əməliyyat adətən 40-50 dəq müddətində icra olunur.
Əməliyyatdan sonrakı dövr 
Əməliyyatdan sonra azca ağrı olur, hansı ki, bu ağrı yüngül ağrı kəsici ilə keçir. Əməliyyatdan sonrakı dövrdə qulağa bandaj qoyulur və bu 3-7 günə götürülür. Əməliyyatdan sonrakı günlərdə ağrı olmur. Qulağa qoyulmuş sarğı dəyişdirilir. Ən azı 6 həftə idmanla məşqul olmamaq lazımdır. Əməliyyat 5-6 yaşdan sonra icra oluna bilər. Əməliyyatdan sonra 1 ay içində qulaqlar tam formalaşır.
Əməliyyatdan sonrakı ağırlaşmalar
Əməliyyatdan sonra  hematoma, infeksiya və qulaq  probleminin təkrarlanması ola bilər. Qulaqdakı problemin təkrar olunması əməliyyatdan sonrakı dövrdə ilk günlərdə qulağın travma alması səbəbindən olur.
Əməliyyatın izi
Əməliyyatdan sonra qulağın arxasında kiçik kəsik izi qalır. Bəzən isə ehtiyac olduqda əməliyyat öndən icra olunur, bu zaman kəsik izi öndən olur. Əməliyyatdan sonra qulaqlar arasında asimmetriya və xəstədə yeniden kompleks yaranarsa, əməliyyat təkrar olunması ehtiyacı yaranır.