четверг, 19 декабря 2013 г.

Qadınlarda yumurtalıq kistləri

Qadınların ən sıx qarşılaşdıqları problemlərdən biridir. Yumurtalıq kistləri,yumurtalıqlarda bir və ya daha çox sayda ola bilən, böyüklükləri müxtəlif olan, içərisi maye dolu lan bir şisdir.Yumurtalıq kistlərinin müxtəlif növləri vardır. Bunlar-funksional kistlər, dermoid kistlər, korpus luteum kistləri, endometrioma və polikistik over xəstəliyi olaraq təsnif edilə bilər. Yumurtalıq kisti ciddi bir problemdir.Buna görə qadınların diqqətli olması lazımdır.


 Funksional kistlər
keçici kistlərdir. Ovulyasiyadakı,yəni yumurtlamadakı pozuqluqlara bağlı olaraq şəkillənə bilər. Bunlar arasında ən sıx qarşılaşılanları follikul kistləri olaraq adlandırılan kistlərdir. Bu kistlər adətən hər hansı bir ağrıya səbəb olmaz. Qısa bir müddət sonra özbaşına yaxşılaşma yaranır.

Dermoid kistlər
isə gənc yaşlarda daha çox görülər. Bu kistlərin əməliyyat ilə çıxarılmaları lazımdır.

 Korpus luteum kistləri  
Korpus luteum adı verilən ovaryumdaki bir quruluşdan mənbəyini götürər. Bu kistlər də funksional kistlər kimi adətən ağrı meydana gətirməz və özbaşına düzələr.  
                                                                                                     
Endometrioma kistləri 
endometriyumun yumurtalıqlarda olanda yaranan bir kistdir. Bu kistlərə şokolad kist adı da verilməkdədir. Müalicəsində əməliyyat ilə kistlərin çıxarılması və bölgənin təmizlənməsi lazımdır.

Polikistik over 
xəstəliyi isə,kişilik hormonlarının çox sekresiyalanması səbəbiylə ortaya çıxan bir vəziyyətdir. Buna həddindən artıq kilolu qadınlarda daha çox rast gəlinər. Bu xəstəlik yumurtalıq kistləri ilə birgə başqa problemlərini də meydana gətirə bilər. Sonsuzluğa da səbəb ola bilər.

Yumurtalıq kistlərindən bəziləri hər hansı bir ağrıya və əlamətə səbəb olmaz. Ümumiyyətlə, kist əlamətləri; nizamsız aybaşı, xüsusilə qasıq bölgələrində yaranan ağrıdır.

Yumurtalıq kistlərinin diaqnozunda ultrasondan istifadə olunur. Ultrason sayəsində rahatlıqla diqnoz qoyulur.
Müalicə isə kistin quruluşuna və həkimin verdiyi qərara görə müəyyənləşir. Kiçik kistlər ümumiyyətlə özbaşına yaxşılaşır. Bəzi kistlər üçün dərman müalicəsi tətbiq oluna bilər. Bəziləri üçün isə  cərrahi müdaxilə tətbiq olunar.

Qadınlarda yumurtalıq kistləri




Комментариев нет:

Отправить комментарий