среда, 4 сентября 2013 г.

Başda və dəridə olan piy düyünləri -Piy vəzin şişləri -Lipoma haqqinda

                                      Lipoma haqqinda

         Elaqe ucun Dr Elvin Eliyev  055 692 86 49


Lipoma piy toxumasının xoşxassəli şişidir.Adətən Lipomalar beldə,boyunda,dərinin tüklü nahiyyələrində (xüsusən başda) ,qolda və ayaqda müşahidə olunur.Amma çox fərqli nahiyyələrdə həttda daxili orqanlardada lipoma qeyd olunmuşdur. Adətən 15-20 yaş və sonra müşahidə olunur.Lakin bizim özümüz 1 yaşlı uşaqda müşahidə etmişik. Lipomalar haqqında ən çox soruşulan sualları cavablandırırıq.

1.Lipoma nədir?
Yağ hüceyrələrinin sistləşməsi və ətrafında kapsul yaranması ilə inkişaf edən xoşxassəli şişdir. Adətən dəri altında olur,lakin müxtəlif nahiyyələrdə rast gəlinir.





































2. Lipomalar necə yaranır ?
Lipoma anadangəlmə və sonradan inkişaf edə bilər. Lipomaların daxilində piy vəzi hüceyrəsi olduğu üçün kilo artdıqca lipomada böyüyə bilər və ya müəyyən ölçüdən sonra uzun iller deyişməz qala bilər.
3. Lipomalar bədəndə daha çox harda rast gəlinir ?
Adətən Lipomalar beldə,boyunda,dərinin tüklü nahiyyələrində (xüsusən başda) ,qolda və ayaqda müşahidə olunur.Amma çox fərqli nahiyyələrdə həttda daxili orqanlardada lipoma qeyd olunmuşdur.
4.Lipomanın xoşxassəli və ya bəd xassəli patologiya olduğunun necə müəyyən etmək ?
Bunu cərrahın baxması və müəyyən etməsi məsləhətdir, xüsusən xəstədə böyüyən və sərtləşən şişkinlik qeyd olunursa.Çünki xəstədə lipoma deyil liposarkoma ola bilər.Liosarkoma lipomadan fərqli olaraq bədxassəlidir və təcili mualicə olunması lazimdir. Xüsusən böyüyən və sərtləşən lipomaya bənzər şişkinlik varsa bunu mütləq həkimə göstərməyiniz məsləhətdir. Lipomalarında çox az miqdardada olsa bədxassəli olanı qeyd olunur.
5. Lipomaların bədxassəli şişlərə çevrilmə ehtimalı varmı ?
Əksər lipomalar xoşxassəlidir amma çox az miqdarda olsa bəd xassəli lipomalar qeyd olunmuşdur.Bəd xassəli formalar əvvəldən bəd formal olaraq inkişaf edir sonrda çevrilmir. Bəd xassəli formalar daha sürətlə böyüyür və sərt olur.
6. Ateroma  nədir?
Ateromada piy vəzin xoş xassəli şişidir .Adətən başın tüklü dərisində müşahidə olunur.Lipomadan fərqli olaraq ilthablanması və absesi çox təsadüf olunur.İrinlədikdə ağrılı olur və mualicəsi normal hala nisbətən uzun çəkir.
7. Lipomanın diaqnozu necə qoyulur ?
Həkimin baxışı zamanı adətən diaqnoz qoyulur.Bəzən isə diaqnozu dəqiqləşdirmək üçün USM –dən istifadə olunur.
8. Lipomalar orqanizmə zərəri varmidır ? Götrülməsi vacibdirmı ?
Xoşxassəli olduqları üçün orqanizmə ziyanlı deyil,lakin infeksiya riski olduqda,gederek inkişaf edrsə,yerləşdiyi yerdə xəstənin narahat edirsə və kosmetik problem yaradırsa götrülməsini məsləhət edirik.
9. Lipoma necə mualicə olunur ?
Lipomanın mualicəsi cərrahi yolladır.Ambulator şəraitdə yerli keyitmə ilə kiçik kəsiklə 5-10 dəq icra olunan proseduradır.Bu prosedura xəstədə heç bir narahatçılıq yaratmır.
10 . Mualicə olunan lipomanın yenidən yaranması mümkündürmü ?
Əyər lipoma götrülərkən ətrafındakı kapsulla birlikdə təmiz götrülərsə yenidən təkrar olunma riski yoxdur.Əyər kasul və ya lapsuloun bir hissəsi qalarsa təkrar olunma riski vardır.
11.Lipoma götrüldükdən sonra yara qalırmı?
Kəsik çox kiçik olur adətən bir və ya iki tikiş qoyulur.Götrüldükdən sonra bir dəfə həkimin baxışı lazımdır.Tikiş sorulan saplar ilə olduğundan tikiş sökdürməyə ehtiyac yoxdur.


    Комментариев нет:

    Отправить комментарий