пятница, 20 сентября 2013 г.

Dəmir defisitli anemiyanın diaqnostikası

Dəmir defisitli anemiyanın diaqnostikası

Diaqnoz dəqiq dinlənilən anamnezə, klinikaya və laborator analizlərə əsaslanaraq qoyulur. Dəmir defisitli anemiyanın diaqnostikasında aşağıdakı müayinələrdən istifadə oluna bilər:

1. Uşaqların antropometrik ölçüləri və fiziki inkişafın qiymətləndirilməsi
2. Qanın ümumi analizi
3. Zərdab dəmirinin və depo dəmirin ölçülməsi
4. Transferin səviyyəsinin müəyyən olunması
5. Qanda zülalların təyini
6. Qida borusunun rentgenoqrafiyası
7. Hamilələrdə I-II trimestirdə ayda 1 dəfə, III trimestirdə isə 15 gündən bir Hb təyin olunması
8. Nəcisdə gizli qan testinin aparılması
9. EKQ
10. H.pilorini infeksiyasını aşkarlamaq üçün nəfəs testi


Diaqnozun əsaslandırılması üçün aşağıdakılar tövsiyyə olunur:
1. Anamnez və klinikada dəmir defsitli anemiyanın əlamətləri aşkar edilərsə, diaqnozun dəqiqləşdirilməsi üçün laborator analizlər aparılır.
2. Əgər hipoxrom mikrositar anemiya aşkar edilərsə, bundan sonra serum dəmir miqdarı yoxlanılır.
3. Serum dəmirin miqdarı normadan aşağıdırsa, sonrakı addım depo dəmirin səviyyəsini qiymətləndirməkdir. Depo dəmirin miqdarı normal və ya artmışsa müayinələri xroniki xəstəlik anemiyası istiqamətində tam etdirmək məsləhətdir.
4. Əgər depo dəmirin yetərsizliyi aşkar edilərsə, deməli dəmir defisitli anemiyadır. Lakin hipotiroid və C vitamini çatmamazlığı zamanıda depo dəmirin səviyyəsi aşağı olur, amma bu depo dəmirin yetərsizliyinə səbəb ola biləcək qədər ağır olmur. Hipoxrom anemiya ilə birlikdə serum dəmirin yüksək səviyyəsi müəyyən edilə bilər ki, bu zaman xəstədə talasemiyya, sideroblastik anemiya və hemaqlobinopatiyalar araşdırılmalıdır.
Dəmir defisitli anemiya hipoxrom mikrositar anemiya olub, zərdab dəmirin və zərdab ferritinin səviyyəsinin azalması, ümumi zərdab
dəmir bağlama qabiliyyətinin artması və transferrin səviyyəsinin 15% enməsi ilə xarakterizə olunur. [35,44,82,83] Plazma dəmir konsentrasiyası günün müxtəlif vaxtlarına görə fərqlilik göstərir. Günün birinci yarısında aparılan ölçmələrin nəticəsi ikinci yarısında aparılan ölçmələrin nəticəsindən təxminən 30% daha yüksək olur. Buna görə alınan nəticələri qiymətləndirərkən testin aparılma zamanını da nəzərə almaq lazımdır. 

Dəmir defisitli anemiyanın diaqnostikası



Ümumiyyətlə dəmir defisitinin diaqnostik kriteriyaları aşağıdakı kimidir:
Göstərici                          Vahidi                     Dəmir defsiti                Normal göstərici
                                                                     zamanı göstərici

Hb                                    g/dl                           <10.5                         Yaşa uyğun
Hct                                     %                             <31                          Yaşa uyğun
MCV                                  Fl                              <70                          Yaşa uyğun
MCH                                  Pg                              <26                            26-33
RDW                                  %                               >14.5                       11.5-14.5
WBC                                  /μl                                N                              4-14000

Periferik yaymada isə mikrositar hipoxrom anemiya, anizositoz, sferositoz və poyiklositoz aşkar edilir. Bunlarla yanaşı, xəstədə rəng göstəricisi 0.5-0.6 olur və taxikardiya, ürəkdə sistolik küy, EKQ-də mənfi və ya hamarlaşmış T-dişi aşkar olunur. [4,35,38]
Yüngül və orta dərəcəli dəmir defisitli anemiyada trombositoz, ağır dərəcəli dəmir defisitli anemiyada isə trombostopeniya aşkar
edilir. 
Dəmir defisitli anemiya zamanı plazmada sink səviyyəsinin azalması və sidikdə noradrenalin və onun metabolitlərinin artması müşahidə
olunur. [9,36] Dəmir defisitli anemiyalı xəstələrdə T limfositlərin səviyyəsi normadan 35 % aşağı olur. Bu aşağı səviyyə özünü helper və supressor sayında daha aydın göstərir. [Pata Y.S,Akbaş Y, 2003]. Həmçinin dəmir defisitli anemiyası olan uşaqların 50%-də nəcisdə
qan testi müsbətdir.
Mənbə  Əliyeva G.B, Əliyev E.T, İsgəndərova Ş.X
Dəmir Defsitli Anemiyanın uşaqlarda və hamilələrdə gedişinə müasir Baki 2011.

Комментариев нет:

Отправить комментарий