четверг, 26 сентября 2013 г.

Yeni doğulmuş uşaqda xaya problemi - kriptoorxitizim

Yeni doğulmuş uşaqda xaya problemi - kriptoorxitizim
Kriptoorxitizim – xayanın enməməsi 
Xayanin enməməsi ən azı bir xayanın doğumdan sonra xayalıqda qeyd olunmamasıdır. Yeni doğulmuş oğlan uşaqlarının 1.8-4 %-də xayalığın hər ikisində və ya birində xaya qeyd olunmur. Bu uşaqların  böyük əksəriyyətində ilk 6 həftədə (daha çox ilk 5 gün)  xaya xayalığa enir. Uşaqların 50 %-də enməmiş xaya sağda, 30-35 % -də solda və 10-15 % -də isə hər iki tərəfdə qeyd olunur.
                                                            Bu patologiyanın 4 əsas forması vardır.
1. Həqiqətən enməmiş xaya – bu zaman problem yalnız cərrahi əməliyyat yolu ilə icra olunur.
2. Spontan olaraq enən testis- həyatın ilk aylarında xayalığa enən xayalardır.
3. Asendan xaya- doğumdan bir neçə ay sonra xayalığa xaya ensədə, müəyyən müddət sonra yenidən yuxarı qalxır və xayalıqda əllənmir.
4. Retraktil xaya. 
         Xaya enmədikdə aşağıdakı nahiyələrdən birində yerləşir:
1. Qasıq kanlının içində - 80-90% hallarda belə olur.
2. İngionisokratal nahiyyədə- 15-20 % hallarda belə olur.
3. Retroperitoneal  nahiyyədə  3-5 % nahiyyədə. Bu zaman xaya qarın boşluğunda retroperitoneal nahiyyədə yerləşir.
Xaya enmədikdə adətən uşaq doğulduqdan sonra diaqnoz qoyulur.Adətən şikayətlər xayaliğın inkişaf etməməsindən, boş olmasından və qasıq nahiyyəsində şişkinlik olmasından ibarət olur. Ağrı qeyd olunmur. Bəzən xaya qasiq nahiyyəsində yerləşdiyi üçün həmin nahiyyədə şişkinlik  qeyd olunur. Həkimə müraciət etdikdə  həkim palpasiya (əlləmə) və usm ilə diaqnoz qoyur. Bəzənsə daha geniş müainəyə ehtiyac yaranır.
Enməmiş xayanın problemləri
1. Sonsuzluq - beləki qarın boşluğunda və ya digər nahiyyələrdə qalmış xaya toxuması inkişafdan qalır və sonra atrofiyaya uğrayır. Bunun əsas səbəb xayalıqda olan bədən tenpurtaurundan aşağı tenpuraturun xaya  enmədikdə yerləşdiyi nahiyyədən olmamsıdır. Beləki xayalıqda olan tempuratur  bədən tempuraturundan 3-4 dərəcə aşağı olur və bu tempuraturda  xaya normal inkişaf edir. Qarın boşluğunda xaya qaldıqda isə tempuratur yüksək olduğu üçün xaya inkişafdan qalır və sonsuzluğun yaranmasına səbəb olur.
2. Travma - xaya xayalıqda yerləşdikdə travmaya qarşı qorunmuş olur. Xüsusən qasıq nahiyyəsində qalmış xaya daha çox travma alır.
3. Xayanın burulması - enməmiş xayalarda normal yerləşmiş xaylara nisbətən daha çox burulma qeyd olunur.
4. Qasıq yırtığı - enməmiş xaya olan uşaqlarda 80-90 % hallarda qasıq yırtığı qeyd olunur.
5. Xərçəng - enməmiş xayalrda bəd xassəli şişlərin yaranması  normal yerləşimli xayalara nisbətən 10-20 dəfə çox qeyd olunur.
6. Psixoloji problemlər - uşaqlar böyüdükcə bu uşaqlarda psixoloji problemlər qeyd olunur.
Yeni doğulmuş uşaqda xaya problemi - kriptoorxitizim

Müalicə
Müalicə iki yolla konservativ və cərrahi yolla icra olunur.
Konservativ müalicə zamanı hormonal dərman prepartlari istifadə olunur.
Cərrahi müalicə zamanı xaya yerləşdiyi nahiyyədə normal yerinə-xayalığa gətrilərək fiksasiya olunur.
Müalicənin effektivliyi əsas uşağın yaşından aslıdır. Belə ki uşağın yaşı artdıqca xaya toxumasında atrofiya baş verdiyi üçün əməliyyatın effektivliyi aşağı düşür. Buna görə uşaqda belə problem qeyd olunduqda tez bir zamanda həkimə müracət etmək lazımdır.

пятница, 20 сентября 2013 г.

Dəmir defisitli anemiyanın diaqnostikası

Dəmir defisitli anemiyanın diaqnostikası

Diaqnoz dəqiq dinlənilən anamnezə, klinikaya və laborator analizlərə əsaslanaraq qoyulur. Dəmir defisitli anemiyanın diaqnostikasında aşağıdakı müayinələrdən istifadə oluna bilər:

1. Uşaqların antropometrik ölçüləri və fiziki inkişafın qiymətləndirilməsi
2. Qanın ümumi analizi
3. Zərdab dəmirinin və depo dəmirin ölçülməsi
4. Transferin səviyyəsinin müəyyən olunması
5. Qanda zülalların təyini
6. Qida borusunun rentgenoqrafiyası
7. Hamilələrdə I-II trimestirdə ayda 1 dəfə, III trimestirdə isə 15 gündən bir Hb təyin olunması
8. Nəcisdə gizli qan testinin aparılması
9. EKQ
10. H.pilorini infeksiyasını aşkarlamaq üçün nəfəs testi


Diaqnozun əsaslandırılması üçün aşağıdakılar tövsiyyə olunur:
1. Anamnez və klinikada dəmir defsitli anemiyanın əlamətləri aşkar edilərsə, diaqnozun dəqiqləşdirilməsi üçün laborator analizlər aparılır.
2. Əgər hipoxrom mikrositar anemiya aşkar edilərsə, bundan sonra serum dəmir miqdarı yoxlanılır.
3. Serum dəmirin miqdarı normadan aşağıdırsa, sonrakı addım depo dəmirin səviyyəsini qiymətləndirməkdir. Depo dəmirin miqdarı normal və ya artmışsa müayinələri xroniki xəstəlik anemiyası istiqamətində tam etdirmək məsləhətdir.
4. Əgər depo dəmirin yetərsizliyi aşkar edilərsə, deməli dəmir defisitli anemiyadır. Lakin hipotiroid və C vitamini çatmamazlığı zamanıda depo dəmirin səviyyəsi aşağı olur, amma bu depo dəmirin yetərsizliyinə səbəb ola biləcək qədər ağır olmur. Hipoxrom anemiya ilə birlikdə serum dəmirin yüksək səviyyəsi müəyyən edilə bilər ki, bu zaman xəstədə talasemiyya, sideroblastik anemiya və hemaqlobinopatiyalar araşdırılmalıdır.
Dəmir defisitli anemiya hipoxrom mikrositar anemiya olub, zərdab dəmirin və zərdab ferritinin səviyyəsinin azalması, ümumi zərdab
dəmir bağlama qabiliyyətinin artması və transferrin səviyyəsinin 15% enməsi ilə xarakterizə olunur. [35,44,82,83] Plazma dəmir konsentrasiyası günün müxtəlif vaxtlarına görə fərqlilik göstərir. Günün birinci yarısında aparılan ölçmələrin nəticəsi ikinci yarısında aparılan ölçmələrin nəticəsindən təxminən 30% daha yüksək olur. Buna görə alınan nəticələri qiymətləndirərkən testin aparılma zamanını da nəzərə almaq lazımdır. 

Dəmir defisitli anemiyanın diaqnostikası



Ümumiyyətlə dəmir defisitinin diaqnostik kriteriyaları aşağıdakı kimidir:
Göstərici                          Vahidi                     Dəmir defsiti                Normal göstərici
                                                                     zamanı göstərici

Hb                                    g/dl                           <10.5                         Yaşa uyğun
Hct                                     %                             <31                          Yaşa uyğun
MCV                                  Fl                              <70                          Yaşa uyğun
MCH                                  Pg                              <26                            26-33
RDW                                  %                               >14.5                       11.5-14.5
WBC                                  /μl                                N                              4-14000

Periferik yaymada isə mikrositar hipoxrom anemiya, anizositoz, sferositoz və poyiklositoz aşkar edilir. Bunlarla yanaşı, xəstədə rəng göstəricisi 0.5-0.6 olur və taxikardiya, ürəkdə sistolik küy, EKQ-də mənfi və ya hamarlaşmış T-dişi aşkar olunur. [4,35,38]
Yüngül və orta dərəcəli dəmir defisitli anemiyada trombositoz, ağır dərəcəli dəmir defisitli anemiyada isə trombostopeniya aşkar
edilir. 
Dəmir defisitli anemiya zamanı plazmada sink səviyyəsinin azalması və sidikdə noradrenalin və onun metabolitlərinin artması müşahidə
olunur. [9,36] Dəmir defisitli anemiyalı xəstələrdə T limfositlərin səviyyəsi normadan 35 % aşağı olur. Bu aşağı səviyyə özünü helper və supressor sayında daha aydın göstərir. [Pata Y.S,Akbaş Y, 2003]. Həmçinin dəmir defisitli anemiyası olan uşaqların 50%-də nəcisdə
qan testi müsbətdir.
Mənbə  Əliyeva G.B, Əliyev E.T, İsgəndərova Ş.X
Dəmir Defsitli Anemiyanın uşaqlarda və hamilələrdə gedişinə müasir Baki 2011.

четверг, 19 сентября 2013 г.

Varikosele

Varikosele



Varikosele xaya və toxum ciyəsi venalarının genişlənməsinə deyilir (latın sözü olan varix-venoz düyün və kele – şişkinlik deməkdir) və əsasən soltərəfli olur. Varikosele daha çox gənc insanlarda rast gəlinir.Varikosele daha çox gənc insanlarda rast gəlinir. Varikosele bir çox hallarda narahatçılıq yaratmır və təsadüfi baxış zamanı tapılır. Buna baxmayaraq, varikosele cinsi əlaqə zamanl ağrılar, cinsi fəaliyyətin və reproduktiv funksiyaların azalması kimi ciddi narahatçılıqlar törədir. Varikosele cərrahi yolla aradan qaldırılır və şikayətlərin uğurla aradan qalxmasını təmin edir
Səbəblər
Varikosele onunla izah edilir ki, venalarda qanın geriyə hərəkətinə mane olan klapanlarda bu və ya digər səbəbdən çatmazlıq olur.   - Bu səbəblərindən biri vena divarlarının və klapanlarının anadangəlmə zəifliyidir. Adətən belə insanların nəslində bu tipli patologiyalara (ətraf venalarının varikoz genişlənməsi, yastıdabanlıq, ürək klapanlarının qüsurları və s.) genetik meylilik qeyd olunur.    - Digər bir səbəb kimi xayalıq və kiçik çanaq venalarında təzyiqin yüksək olması göstərilir. Müxtəlif səbəblər üzündən venaların daralması baş verə bilir ki, bu da onların daxilində təzyiqin artmasına gətirib çıxarır.    - Varikoselenin əsas səbəblərindən biri də vena testicularis-in  gedişində olan anatomik xüsusiyyətlədir. Varikoselenin sol tərəfdə çox rast gəlinməsi səbəbi məhz vena testicularis-in  sağ və sol tərəfdə fərqli gedişi ilə əlaqəlidir. Belə ki vena testicularis sol tərəfdə bir başa böyrək venasına və bu da təzyiqin artmasına səbəb olur. Sağ tərəfdə isə vena testicularis bir başa aşağı boş venaya açılır. Bundan əlavə xroniki qəbzlik, ishal, ağırlıq qaldırma kimi hallar da varikoselenin inkişafına səbəb ola bilər.   - Amma “simptomatik varikosele” adlanan hallarda mövcuddur ki, bu zaman peritonarxası sahənin şişlərindən, məsələn, böyrək şişlərindən şübhələnmək olar. Bu nöqteyi-nəzərdən varkoselenin sağ tərəfdə rast gəlinməsi, eləcə də  kiçik yaşlı uşaqlarda və ya yaşlı insanlarda qeyd olunması hallarında diqqətli olmaq tələb olunur.
Təsnifatı
Varikoselenin aşağıdakı dərəcələri təsnif edilir:   - Subklinik varikosele venaların yalnız ultrasəs müayinəsi ilə təyin edilə biləcək səviyyədə genişlənməsidir  - I dərəcəli varikosele zamanı toxum ciyəsi venaları yalnız qarını gərginləşdirən zaman üzə çıxır   - II  dərəcəli varikosele zamanı ayaqüstə duran zamanı toxum ciyəsi venaları əllənir, amma görünmür    - III dərəcəli varikosele zamanı toxum ciyəsi venaları istənilən vəziyyətdə üzüm salxımı kimi aydın görünür
Şikayətlər
Bir çox hallarda varikosele heç bir narahatçılıq törətmir. Amma venaların nəzərəçarpacaq dərəcədə genişlənməsi (məsələn, III dərəcəli varikosele) hallarında xəstələrdə prosesə cəlb olunmuş sahədə küt və ya dartıcı ağrılar, eləcə də ağırlıq hissi qeyd olunur.
Varikosele xayaların qan təchizatını pozur və endokrin sistemdə hormonal dəyişikliklər əmələ gətirir. Bununla yanaşı,  varikosele xayaların inkişafını məhdudlaşdıra bilər. Belə hallarda xaya inkişafdan qalmış olur və hətta yeniyetmələrdə əks tərəfdəki xayanın da inkişafdan qalması mümkündür.
Varikosele spermanın yaranması prosesində pozğunluğa və beləliklə sonsuzluğa gətirib çıxara bilər.  Tədqiqatlar müəyyən edib ki, qərb ölkələrində sonsuzluğa düçar olmuş kişilərin 25-40%-də varikoselenin olması üzə çıxır. 
Aparılan tədqiatlar zamanı varikoselesi olan kişilərdə xayaların ölçülərinin sağlamlarla müqayisədə kiçik olması müəyyən edilmişdir. Xayaların ölçülərinin kiçik olması spermanın say azlığı ilə düz mütənasib olmsı da tədqiatlar əsasında təsdiq edilmişdir. Varikosele zamanı eyakulatda spermanın sayı az olur, onların çox az hissəsi normal morfologiyaya malik olur və əksəriyyəti çox zəif hərəkət edir (OAT sindromu). Amma, OAT sindromu yalnız varikosele üzündən deyil, digər səbəblərdən də qaynaqlana bilər.
Varikoselenin zamanında müalicə edilməsi xaya həcminin normallaşması və sperma sayi və keyfiyyətinin artması ilə nəticələnir. Amma müalicənin hamiləlik faizini artırmasını aparılan tədqiatlar təsdiq edə bilmir.
Varikoseleni necə təyin etməli – diaqnoz
Xaya və toxum ciyəsi venaları həddən ziyadə genişlənmiş olarsa asanlıqla görünür və əllənir. Varikolsele diaqnozunun qoyulmasında ultrasəs müayinəsinin də əhəmiyyətli rolu var. Ultrasəs müayinəsi zamanı xayanın vəziyyəti və ölçüsü təyin edilə bilər. Bununla yanaşı, Doppler vasitəsilə Valsava sınağı etməklə xaya və toxum ciyəsi venalarında axın və axın sürəti, eləcə də venalarda reflüksun (geriyə axının) olub olmaması daha dəqiq təyin edilə bilər.
Digər diaqnostik tədbir skrotal hərarətin ölçülməsidir. Varikosele zamanı xayalıq üzərində hərarət yüksəlmiş olur. Fleboqrafiyanın (venaların təsvirinin alınması) aparılması da diaqnostik vasitələrdən biri ola billər.
Vacib!!! “simptomatik varikosele” inkar edilməlidir.   Varkoselenin sağ tərəfdə rast gəlinməsi, eləcə də  kiçik yaşlı uşaqlarda və ya yaşlı insanlarda qeyd olunması hallarında diqqətli olmaq tələb olunur. Bu hallarda əlavə olaraq periton arxası sahənin və böyrəklərin ultrasəs müayinəsini aparmaq differensial diaqnostik əhəmiyyətə malik olardı.
Varikoselenin müalicəsi
Varikosele nə zaman müalicə olunmalıdır sualına cavab vermək çox çətindir.Xayaların ölçüsündə kiçilmə yoxdursa, xəstə uşaqdırsa varikoselenin dərhal cərrahi əməliyyat edilməsinə ehtiyac yoxdur. Bu hallarda gözləmə və xəstələrin 6 aydan bir ultrasonoqrafik müayinədən keçməsi tövsiyyə oluna bilər. İnkişafının ilkin mərhələsində olan varikosele spontan geriyə qayıda bilər. 
Varikoselenin müalicəsi o zaman vacibdir ki, o artıq narahatçılıq törədir. Bununla yanaşı, uşaq və yeniyetmələrdə varikosele xayanın inkişafını tomamozlayarsa onun müalicə edilməsi qərarı verilə bilər. Varikoselenin müalicəsi uşaq və yeniyetmələrdə bir qayda olaraq xayanın həcminin artmasına gətirib çıxarır.
Varikoselenin müalicəsi sonsuzluq hallarında da seçim ola bilər. Bu hallarda spermanın keyfiyyətində yaxşılaşma baş verə bilər. Amma aparılan tədqiqatlar belə bir müalicənin hamiləlik şansnı artıra bilməsini təsdiq edə bilmir. Eyakularda spermanın təyin olunmadığı hallarda varikoselnin müalicə olunmasının elə bir effekti olmur.
Müalicə üsulları
Retroqrad sklerizasiaya – bu zaman həkim qasıq venasını punksiya edir və damar daxilinə kateter daxil edir və kontrast maddənin yeridilməsi ilə Vena testicularis-in təsvirini alır və onu sklerozlaşdırır.
Anteqrad sklerizasiya (Tauber üsulu) -  bu zaman həkim xayalığın yuxarı sərhəddində kiçik bir kəsikdən genişlənmiş venanı əldə edir və konrast maddəsi ilə  Vena testicularis-in təsvirini alır və onu obliterasiya edir. Bu prosedura narkozsuz da həyata keçirilə bilər.
Varikoselenin daha geniş yayılmış müalicə üsulu açıq cərrahi əməliyyatdır. Açıq cərrahi əməliyyatın iki əsas növü var. Birinci növ  əməliyyat Vena testicularis-in kəsilmə səviyyəsindən aslı olaraq bir neçə variasiyada həyata keçirilir (İvanisseviç, Marmar, Paloma və s.). Cərrahi əməliyyat zamanı sol qasıqüstü nahiyədə kiçik  bir kəsikdən periton arxası sahədə vena testicularis tapılır və kəsilir. Digər əməliyyat növlərində vena testicularis kəsilmələ yanaşı genişlənmiş venalar maksimal olaraq  kəsilib çıxarılır. Bəzi əməliyyat növlərində xaya arteriyası da kəsilir. Tədqiatlar göstərir ki, vena ilə birlikdə arteriyanın kəsilməsi yalnız venanın kəsilməsi əməliyyatı ilə müqayisədə elə də geri qalmır. Bu növ əməliyyatların çatışmayan cəhəti əməliyyatdan sonra residiv hallarının tez-tez rast gəlinməsi və xaraktercə qeyri-fizioloji olmasıdır.
İkinci növ açıq cərrahi əməliyyat xayanın mikrocərrahi revaskulyarizasiyasıdır. Bu əməliyyatın üstünlüyü odur ki, daha fizioljidir və əməliyyatdan dərhal sonra xayaların normal qan dövranı bərpa olunur. Varikoz genişlənmiş damarlar tam olaraq çıxarılır və sonradan onların bəziləri bərpa olunur. Amma bu əməliyyat növü çox mürəkkəb olmaqla yanaşı, xəstənin xəstəxanada qalma müddəti uzundur.
Son dövrlər varikoselenin müalicəsində laparoskopik üsuldan da tez-tez istifadə olunur. Laparoskopik yolla vena testicularis daxili qasıq həlqəsində tapılır və kliplə bağlanır.
Müalicənin hansı ağırlaşmaları ola bilər  
Tədqiatlar göstərir ki, tətbiq edilən müalicə üsulları 90%-dən çox hallarda effektiv olur. Əməliyyatdan sonra xayalıqda zəif şişkinlik əmələ gəlir ki, bu da asanlıqla aradan qalxır. Bəzi xəstələrdə hidrosele (xaya qişaları arasına suyun yığılması) Bundan əlavə bütün cərrahi əməliyyatlarda ola biləcək ağırlaşmalar (qanaxma, emboliya, peritonun, sidik axarının və ya toxum daşıyıcı borunun zədələnməsi və s.) rast gəlinə bilər. Müalicənin ən arzuolunmaz ağırlaşması xayanın əməliyyatdan sonrakı dövrdə atrofiyalaşmasıdır.

Mədə Xorası

Mədə Xorası


Səbəbləri 

Aşağıda sadalanan faktorlar mədə xorasının əmələ gəlmə ehtimalını artırır:   - Qeyri-steriod ağrıkəsicilərin (asprin, ibuprofen) qəbulu   - Helicobacter pylori (H. pylori) infeksiyası  - Xroniki qastrit   - Siqaret çəkmə   - Spirtli içki qəbulu   - Artan yaş   - Qanın laxtalanma sistemində bəzi problemlər

Əlamətləri 

  - Qarında ağrı. -Bu ağrı Sizi gecələr yuxudan oyada bilər-Antiasid dərmanların qəbulu və ya süd içməklə ağrılar keçə bilər -yeməkdən 2-3 saat sonara başlaya bilər -Ac qalarsınızsa ağrılar daha kəskin ola bilər   - Ürəkbulanma   - Qusma    - Qanlı qusuntu xoradan qanaxmaya dəlalət edir     - Nəcisin qara rəngdə olması xoranın qanamasının digər göstəricisi ola bilər  - Son zamanlar çəkinin azalması   - Ümumi zəiflik

Müayinələr   - Sizə ilk olaraq Mədənin endoskopik müayinəsi təklif ediləcəkdir. Bu müayinə üsulu mədə xorasının olub-olmamasını, onun yerləşməsi və ölçüsünü dəqiq müəyyən etməyə imkan verir  - Həkiminiz mədənin Rentgen müayinəsini də təklif edə bilər. Bununla mədə xoranın varlığı və yerləşməsini təyin edilə bilər. Amma Rentgenlə müqayisədə endoskopik müayinə daha dəqiq hesab edilir.   - Helicobacter pylori infeksiyasının olub-olmaması nəfəs, nəcis və endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi ilə təyin edilə bilər   - Endoskopik müayinə zamanı götürülmüş toxumanın histoloji müayinəsi xərçəngin olub-olmamasını da təyin etməyə imkan verir.

Həkimə nə zaman müraciət etməli

Mədə xorası sizin özünüzün müalicə edəcəyiniz bir xəstəlik deyil. Antiasid dərmanların qəbulu sizdə ağrını müvəqqəti aradan qaldıra bilər, amma xəstəliyi tam müalicə etməyəcək. Odur ki, yuxarıda sadalanan əlamətlər sizdə olarsa həkiminizə müraciət etməniz məsləhədir. Xoranın zamanında müalicə olunmaması bir çox ciddi ağırlaşmalara gətirb çıxara bilər. Mədə xorasının ağırlaşmaları 

  - Mədə qanaxması   - Mədənin perforasiyası, yəni deşilməsi   - Xoranın maliqnizasiyası, yəni xərçəngə çevrilməsi   - Mədə çıxacağında daralmanın əmələ gəlməsi (Pilorik stenoz)  - Xoranın mədəaltı vəzinin başına penetrasiyası, yəni sirayət etməsi

Terapevtik Müalicə 

Mədə xorasının müalicəsində iki əsas hədəf mövcuddur:   - Bakteriyanın (Helicobacter pylori) məhv edilməsi   - Mədə turşuluğunun azaldılması Helicobacter pylori  bakteriyasının tapılması hallarında adətən iki antibiotikin kombinasiyasından istıfadə edilir. Bu zaman ən geniş istifadə edilən antibiotiklər bunladır: amoxicillin, clarithromycin və metronidazole. Həkiminiz Sizə əlavə olaraq Cytoprotective dermanlar adlanan sucralfate və misoprostol  məsləhət görə bilər. Bu dərmanlar Sizin mədənin selikli qişasının daha tez bərpa olunmasına kömək edəcəkdir. Cərrahi müalicə

Cərrahi müalicəyə göstərişlər aşağıdakılardır:  - Uzun terapevtik müalicə tarixçəsi və bu müalicələrin effektsiz olması   - Davamlı pilorik stenoz, yəni mədə çıxacağının daralması   - Maiqnizasiyaya, yəni xərçəngin əmələ gəlməsinə şübhə   - Əvvəllər perforasiya (deşilmə) və qanaxma kimi ağırlaşmaların olmasıYuxarıda sadalanan hallarda sizdə varsa həkiminiz sizə aşağıdakı əməliyyatlardan birini təklif edə bilər:   - Subtotal qastrektomiya – yəni mədənin üçdən iki hissəsinin çıxarılması. Bu əməliyyat nəticəsində mədənin turşu ifraz edən hüceyrələrə malik hissəsi çıxarılmış olur   - Vaqotomiya – yəni azan sinirin mədəni innervasiya edən şaxələrinin kəsilməsi. Bununla mədənin turşu ifraz etmə qabiliyyəti azaldılmış olur. Amma son zamanlar cərrahlar bu əməliyyatdan az istifadə edirlər.   

gundelik qidalanma

gundelik qidalanma

Ailəli qadınların gündəlik qayğılarının əsasını günün menyusu təşkil edir. Sadə dillə desək, "nə bişirim" problemi. Xüsusilə ailə həyatının ilk illərində qadınlar gündəlik qidanın nədən ibarət olduğunu dəqiq müəyyənləşdirə bilmirlər. Nahardan azacıq vaxt keçəndən sonra kiminsə yenidən yemək istəməsi başqa işələrə mane olur. Nə etmək lazımdır ki, ailə üzvləri bir-iki saatdan sonra yenidən acmasınlar? Təbii ki, bunun da çarəsi var. Bununçün nahara, şama nə bişirəcəyinizə qərar verməzdən əvvəl ərzaqların kalorisini dəqiqləşdirməyi unutmayın. Ən əsası isə hər şeyin ailəniz üçün maksimum xeyirli olmasına nəzarət edin. Bəs gündəlik qidanın tərkibi necə olmalıdır? Unutmayın ki, düzgün qidalanma insanın sağlamlığı üçün ən vacib amildir. Gündəlik rasionda zülallar, yağlar, karbohidratlar, mineral duzlar və təbii ki, vitaminlər olmalıdır. Bu üzvi maddələrin hər biri müəyyən miqdarda insan orqanizmi üçün çox vacib və faydalıdır. 

Zülallar

Zülallar hər bir canlı hüceyrədə olur. Onlar yeni hüceyrələrin yaranması, bütün orqanizmin toxumalarının bərpası və inkişafı üçün lazımdır. Zülallar həm heyvan, həm də bitki mənşəli olurlar. Heyvan mənşəli zülallar ən çox süd, ət, balıq və yumurtanın tərkibində mövcuddur. Tərəvəzlər, yarmalar, çörək bitki mənşəli zülallarla zəngindir. Qidalanma üçün meyvələrin, kələmin və kartofun tərkibinə daxil olan zülallar xüsusi əhəmiyyət kəsb edir. Hər bir insan gündə 100-120 qram zülal qəbul etməlidir. Fiziki işlə məşğul olan insanla üçün gündəlik zülal həddi 150-160 qramdır. Bu miqdarın 60 faizini heyvan mənşəli zülallar təşkil etməlidir.

Yağlar

Süd məhsullarının (kərə yağı, xama, kəsmik, qaymaq, süd) tərkibinə daxil olan yağlar insana daha çox xeyirlidir. Bu yağların tərkibində vitaminlər çoxdur və onlar asanlıqla həzm olunur. Bitki mənşəli yağlar isə yüksək qidalılığı ilə seçilir... İnsana bir gündə lazım olan yağların orta miqdarı 80-110 qramdır. Onların yarısı bitki, yarısı isə heyvan mənşəli yağlar olmalıdır.

Karbohidratlar

Karbohidratlar da enerji mənbəyi hesab olunur. Onlar məhsulların tərkibinə şəkər və nişasta hüceyrələri şəklində daxil olur. Həm şəkər, həm də nişasta çox dəyərli qida məhsullarıdır. Onlar ən çox bitki mənşəli məhsulların (tərəvəzlər, giləmeyvələr, yarmalar, un, çörək) tərkibində olur. Karbohidratlar mədə-bağırsaq sisteminin düzgün işləməsi üçün lazımdır.

Mineral duzlarHəyat üçün çox zəruri olan üzvi maddələrdir. Kalsium - sümüklərə, əzələlərin və ürəyin normal işinə; fosfor - sümüklərə, toxumalar və sisnir sisteminin işi üçün; maqnium - qan damar sistemi; dəmir - qanın tərkibi üçün zəruridir. Mineral düzlara ən çox meyvə və tərəvəzlərin tərkibində rast gəlinir. Yarmalarda və süd məhsullarında da mineral duzlar var. Fosfor - ət, balıq, pendir, kələm, yumurta və çörəkdə; maqnium - yarmalarda, qara çörəkdə; dəmir - təzə göyərtidə, ətdə və çörəkdə var. Hər gün orqanizmə orta hesabla 0,8-1 qram kalsium, 1,5-1,7 qram fosfor, 0,3-0,5 qram maqnium, 1,4-1,6 qram dəmir lazımdır.

Vitaminlər Vitaminlər orqanizmin sağlamlığı üçün hava qədər vacibdir. Onların çatışmazlığı qısa müddətdə insanın orqanizmində xəstəlik şəklində üzə çıxır. Qida məhsullarının tərkibində mövcud olan hər bir vitamin orqanizmə özünəməxsus tərzdə təsir edir. A vitatmini orqanizmin ümumi fəaliyyətinə təsir edir, infeksion xəstəliklərə qarşı mübarizəni gücləndirir, görmə orqanının fəaliyyətinə kömək edir. Bu vitaminə süd, pendir, yağ, kəsmik, yumurta və qara ciyərdə rast gəlinir. Yerkökü, göy soğan, kahı, pomidor və əriyin tərkibinə olan keratin maddəsi orqanizmdə A vitamininə çevrilir. A vitamininin gündəlik miqdarı 1 milliqram olmalıdır. B1 vitamini dözümlülüyü və iştahanı yüksəldir, sinir sisteminə yaxşı təsir edir, soyuğa davamlılığı artırır. Bu maddəyə ən çox taxılların üz pərdəsində rast gəlinir. Sözü gedən vitaminin çatışmazlığı zamanı iri döyülmüş undan hazırlanan çörək yemək məsləhət görülür. B1 paxlalılarda, qaraciyərdə, mayada da olur. Yetkin insanın gündəlik qidasında B1 vitamininin miqdarı 2 milliqram nəzərdə tutulur. B12 viatmini gözlərin və dərinin sağlamlığı üçün vacibdir. Onun mövcudluğu qidanın orqanizm tərəfindən yaxşı həzm olunması üçün də lazımdır. Bu vitamin süddə, ət məhsullarında (qaraciyər, ürək və böyrəkdə), kələmdə, yumurtada, mayada və kahıda olur. Sutka ərzində 2 milliqram B12 vitamini qəbul etmək lazımdır. C vitamini orqanizmin infeksion xəstəliklərə qarşı mübarizə gücünü və immuniteti artırır, skorbutdan (diş ətinin xəstəliyi) müdafiə edir. Bu vitaminə ən çox meyvə, tərəvəz və giləmeyvələrdə - kələm, kartof, pomidor, soğan, qırmızı bibər, kahı, alma, qara qarağat, itburnu, limon, portağal və başqalarında rast gəlinir. S vitamininin gündəlik norması 50 milliqramdır. D vitamini kalsium və fosforun sümüklərdə toplanması prosesini təmin edir. Bu maddə ən çox körpə uşaqlara lazımdır. Onun çatışmamazlığı körpələrdə raxit xəstəliyinin əmələ gəlməsinə səbəb olur. D vitamininə yumurta sarısı, kərə yağı və balıq yağında rast gəlinir. P vitamini kapilyarların divarlarını möhkəmləndirir. O, limon, portağal, qırmızı bibər, itburnu, çay yarpaqları və üzümdə mövcuddur. PP orqanizmi sinir sistemi xəstəliklərindən qoruyan vitamindir. Ona daha çox süddə, qaraciyərdə, böyrəkdə, göbələkdə, mayada, yer fındığında rast gəlinir. Vitaminin gündəlik qəbul miqdarı 15 milliqramdır. Gərgin əməyin kəskin artması zamanı, hamiləlik dövründə və uşağa süd verərkən orqanizmin vitaminlərə tələbatı yüksəlir. Uşaqların inkişafı dövründə də vitaminlərin gündəlik norması artırılmalıdır. Yuxarıda sadalanan vacib maddələr orqanizmdə parçalanaraq kaloriyə çevrilir. Məsələn 1 qram zülalın parçalanmasından 4,1 kalori, 1 qram yağın parçalanmasından isə 9,3 kalori ayrılır.Hər bir insan üçün lazım olan gündəlik kalorinin miqdarı orqanizmin "daşıdığı yükdən" asılıdır. Əqli işlə məşğul olan insanlara gündə 3000, mexaniki fiziki işlə məşğul olanlara 3500, ağır fiziki əməklə məşğul olanlara 5000, idmançılara isə 6500-7000 kalori lazımdır. Ailə üçün nəzərdə tutulan menyuda bu maddələrin hər birinin zəruri miqdarda olmasına diqqət yetirmək lazımdır. Kənardan çətin görünən bu iş əslində çox asandır. İstifadə etdiyimiz bütün qablaşdırılmış məhsulların üzərində onların kalori dəyəri və tərkibi qeyd olunur. Açıq şəkildə aldığımız məhsulları isə xörəyə vitamin tərkibinə əsasən daxil etmək olar. Əvvəllər bir az vaxtınızı alacaq bu iş, tezliklə adət halına keçəcək və siz məhsulların üzərinə baxmadan belə onların qidalılıq dəyərini biləcəksiniz.

Göbək yırtıqları

ı

gobek01Göbək yırtıqları dəliyinin tam içindən çıxır və bir fındıq boyundan portağal boyuna qədər müxtəlif ölçülərdə ola bilər. Yırtığın çıxdığı açıq yer, uşaq ana bətnində ikən ana ilə arasındakı qan axımını təmin edən göbək ciyəsinin qarın divarına girdiyi yerdir. Ona görə də göbək yırtıqları da “anadangəlmə bir zəif nöqtədən” çıxan yırtıqlardır.
Göbək yırtıqları, qadınlarda daha çox rastlanır və ən çox hamiləlikdən sonra xəstə tərəfindən hiss edilir. Normal halda içəriyə doğru olmalı olan göbək çuxuru, xaricə doğru çıxmış vəziyyətə gəlir.
Ümumi cərrahlar arasında kiçik göbək yırtıqlarını yamaqsız, düz tikiş ilə bərpa əməliyyatı aparmağa meyl vardır, amma bizim mərkəzimizdə bütün göbək yırtıqlarında yamaq ilə bərpa həyata keçirilməkdədir. Çünki Avropa Yırtıq Dərnəyi, bütün göbək yırtıqlarında yamaq ilə bərpanın yırtıqların yenidən açılmasının qarşısını almaq baxımından daha doğru olduğunu məsləhət görür. Yamaq ilə bərpa olunmayan  göbək yırtıqlarının kiçik də olsa, bəzi hallarda müəyyən vaxt ərzində yenidən açıldığı müəyyənləşdirilmişdir.
gobek02Göbək yırtıqları açıq və bağlı üsullarla əməliyyat edilə bilər. Açıq metod ilə standart yamaqlar istifadə edilərkən, bağlı metodda mütləq kompozit yamaqlardan istifadə edilməlidir.
Kompozit yamaqlar daha bahalı olduğu üçün əməliyyatın maliyyətini artırır. Çox kiçik göbək yırtıqlarında bağlı metodun önəmli bir üstünlüyü yoxdur, ancaq böyük göbək yırtıqlarında bağlı üsul, xəstə üçün daha asan və komfortlu ola bilər.
Göbək yırtıqları böyüdüyü zaman getdikcə arta bilən boğulma riski daşıyır. Əvvəllər xəstə uzandığı zaman və ya əllə içəri salındığı zaman yox olan yırtıq, artıq içəri girmir. Təcili hal olan yırtıq boğulması ağrı və o sahədə qızartı da verir. Təcili hallarda kifayətli səhiyyə xidməti tapa bilməyəcəyinizi düşündüyünüz zaman, ən qısa müddətdə göbək yırtığından qurtulmalısınız.
Göbək yırtıqları kiçik olduğu zaman yerli anesteziya ilə bərpa edilə bilər. Ümumiyyətlə, əməliyyat günü xəstə evinə göndərilə bilər. Xəstələr qısa müddət ərzində normal həyatlarına və işlərinə qayıda bilərlər. Yamaq ilə bərpa edildiyi zaman yenidən yaranma riski çox azdır.

Qarnın plastikası

Qarnın plastikası -  qarın əzələlərinin və dərisinin tonusunun bərpasına və artıq piylərin yox edilməsinə yönəlmiş bir sıra cərrahiyə əməliyyatıdır. Bu vasitəyə müxtəlif səbəblərdən müraciət olunur. Qadınların illər keçdikcə əzələləri boşalır, dərilərində çatlar əmələ gəlir, doğuşdan sonra formalar itir. Qarın sallandıqdan sonra onu idmanla yığışdırmaq olmur, çünki əzələlər artıq boşalmış olur. Yeganə vasitə əməliyyatdır.
Qarnın plastikasının bir neçə növü var:
  • Tam abdominoplastika. Beli incəltməklə yanaşı göbəyin yerini dəyişmək və liposaksiya bura daxildir.
  • Qarnın ön divarının plastikası liposaksiya edilmədən göbəyin yeri dəyişdirilir).
  • Miniabdominoplasika (göbəyin yeri dəyişilmədən, qarnın aşağı hissəsinin deformasiyası zamanı qarnın ön divarının bərpası)
  • Endoskopik abdominoplastika ( doğum etmiş arıq qadınlarda əzələlərin yığılması, qrıjanın aradan götürülməsi).
Bütün əməliyyatların göstəriciləri və əks göstəriciləri olur. Abdominoplastikanın məqsədi xəstənin istəyi ilə əzələ bərpasına və qarnın əvvəlki vəziyyətə qayıtmasına yönəlir.
Əməliyyatdan 2 həftə öncə siqareti, spirtli içkini atmaq məsləhət görülür. Tam abdominoplastika əməliyyatı 5 saat davam edir. Qarnın ön divarının plastikası 2-3 saat davam edir. Bu əməliyyat zamanı piy qatı ləğv edilir.
Miniabdominoplastika qarnın sallaqlığına qarşı yönəlir. Doğuşdan sonra sallanmış dərilər ləğv edilir. Əməliyyatdan sonra qalan kiçik çapıq izi alt paltarından heç bilinmir.
Endoskopik abdominoplastika 1-2 saat çəkir. Göbək nahiyyəsində edilən kiçik çapıq vasitəsilə qrıja (qarın yırtığı) ləğv olunur.

суббота, 14 сентября 2013 г.

Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir?

Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir?

Elaqe  ucun  Dr Elvin Aliyev  055 692 86 49





Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir?
Abdominoplastika  və ya qarin gərmə əməliyyatı, qarın divarındakı artıq  yağ və dərinin çıxarılaraq  və qarın divarındakı  genişlənmiş əzələlərin  forma verilərək, qarın divarının yenidən gəncləşdrilməsi və şəkil verilməsidirBu əməliyatla qarnın boşalmış, artıq piy qatı və şişkin forma ləğv olunaraq, yenidən düz və incə görünümünü qazanması təmin etməkdə  və  həmçinin xəstənin belini incəltməkdədir. Bu əməliyyat ilə qarın divarının əzələlərinin orta xəttdə  bir-birindən ayrılmasıyla meydana gələn  düz əzələ diastazı adı verilən problemdə  bu əməliyyatla ləğv olunur.
Abdominoplastika  əməliyyatında mövcud olan piylənmənin, çapığın  və dərinin  genişlənməsinə uyğun olaraq  klasikabdominoplastikaminiabdominoplastika və Marriage abdominoplastika icra olunur.


Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir?

Klassik abdominoplastika qarın divarında çox artıq  miqdarda toplanmış piy kütləsini və qarın dərisinin elastikliyinin itdiyivəziyyətlərdə icra olunur.
Mini-abdominoplastika isə  əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında görüldüyüvə  qarın aşağı yarısının  dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur.
Marriage abdominoplastika mini-abdominoplastikada  olduğu kimi əsasən qarın divarındaki orta miqdarda toplanmış piykütləsini və qarnın aşağı yarısında görüldüyü və  qarın aşağı yarısının  dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə  və əlavə olaraq belnahiyyəsində piylənmə olan pasiyentlərdə icra olunur.

Abdominoplastika üçün  ən uyğun pasiyentlər  kimlərdir?
Abdominoplastika əməliyyatı,  əməliyatı üçün ən uyğun pasiyentlərqarın divarındakı artıq  toxumanı dieta və idman ilə atabilməyən sağlam insanlardırQadınlarda daha çox əməliyyatın icra olunmasına səbəb, qadınların bu əməliyyta daha çox marağınınolması (plastika baxımından ), qarın divarındakı əzələlərin və  ve dərinin hamiləlik dövründə gərilərək elastikliyinin itirməsi və düz əzələdiastazının qadınlarda daha çox rast gəlinməsidirPiylənmə isə həm qadınlarda, həm də kişilərdə rast gəlinən səbəbdir.


Əgər xəstə gələcəkdə hamilə qalmağı düşünürsə, bu əməliyyat ona əks göstərişdir.  Çünki, əməliyyat ilə qarına verilmiş forma (fiqura)  hamiləlik dövründə itəcəkdir.
Əməliyyatda öncə götrüləcək olan toxuma hissələri markerlə işarələnir və xəstənin istəyi nəzərə alınır.
Hər bir  abdominoplastika fikirləşən pasiyent əsas bunu bilməlidir ki,  abdomenoplastika piylənməni müalicə etmək üçün deyil, qarını gərmək və ideal forma vermək üçündür.
            Əməliyyatdan sonra xəstə ideal bədən qurluşuna sahib olur. Əməliyyatdan sonra ilk bir ay xəstə daimi karset rejmində ,sonrakı dörd ay isə fasilə ilə karsetdən istifadə edir.