пятница, 13 сентября 2013 г.

Hamilə qadınlarda dəmir mübadiləsi

Hamilə qadınlarda dəmir mübadiləsi
Hamilə qadınlarda dəmirin maddələr mübadiləsində fərqli xüsusiyyətləri
Hamilə qadında dəmir defisitli anemiyanın diaqnoz və müalicəsini düzgün aparmq üçün dəmirin maddələr mübadiləsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki hamiləlik qadının orqanizmində dövr edən qanı orta hesabla 45% artırır ki, bu da 30-34 -cü həftələrdə maksimal həddə çatır və artan qan 1600-1700 ml səviyyəsində olur. Artan qanın 25 %-ni formalı elementlər, 75% -ni isə plazma təşkil edir. Artmış formalı elementlərin 33% -i eritrositlərin payına düşür. Hamilə qadının qanında retikulositoz baş verir və MCH əksərən artır.Hamilə qadında eritrosit ömrü dəyişmir ancaq sümük iliyində hiperplaziya aşkar olunur. Belə qadında günlük dəmir ehtiyacı üç dəfə artaraq 6-7 mg/gün olur. Bu artım hamiləliyin ikinci yarısında daha xarakter hal alır. 

Hamilə qadınlarda dəmir mübadiləsi
Hamiləlik dövründə orqanizmin 1 q dəmirə ehtiyacı olur ki, orqanizm bunun 450 mq artan eritrositar kütləyə, 350 mq-nı döl və ciftə, 200 mq-nı isə dəmir itgisini əvəz etmək üçün sərf edir.  Hamilə qadında zərdab dəmiri azalır, zərdab dəmiri bağlama gücü isə artır. Hamilə olmayan qadında isə bu hal dəmir çatmamazlığı zamanı müşahidə olunur. Hamilə olmayan qadının qanında dəmir deposunun güvəniləcək göstəricisi zərdab ferritin səviyyəsidir. Lakin hamilə qadında bu göstərici aldadıcı xarakter daşıdığından hamilədə dəmir çatmamazlığını aşkarlamaq və qiymətləndirmək üçün serum transferrin səviyyəsini müəyyən etmək vacibdir. Zərdab transferrinin 16%-dən aşağı olması hamilə qadında dəmir çatmamazlığının göstəricisidir. Qadınlar doğuş zamanı 150-200 mq, laktasiya dövründə isə 190- 250 mq (6 aylıq laktasiya dövründə) dəmir itirirlər.  

Hamilə qadınlarda dəmir mübadiləsi
Hamiləlik dövründə orqanizmdəki depo dəmir 50% azalır. Hamilələrdə dəmir maddələr mübadiləsi fərqli olduğundan, dəmir defisitli anemiyanın da mərhələləri və gedişi fərqli olur. Hamilələrdə dəmirin latent çatmamazlığı və dəmir defisitli anemiyanın göstəriciləri diqqəti cəlb edir. Ananın transferrini, reseptorlar vasitəsi ilə cift hüceyrələrinə bağlanır, ciftdə depolanır. Buradan dəmir tədricən fetal qan dövranına keçir və yenidən fetal transferrinə bağlanaraq döldəki hem sentezi yerlərinə və ya dəmir depolarına transfer olunur. Beləliklə hamilədə dəmir mübadiləsi və maddələr mübadiləsi hamilə olmayan qadınlardan fərqli olduğundan, dəmir defisitinin qiymətləndirilməsidə hamilə qadında fərqli olmalıdır və onun müalicəsinə də fərqli yanaşma olduğu aydınlaşır. 


Hamilələrdə dəmirə olan gündəlik ehtiyac isə aşağıdakı kimidir:
Hamiləliyin dövrü    Dəmir miqdarı
 I üçaylıq                 0.6-0.8 mq/ gün
II üçaylıq                2.8-3.0 mq/gün
III üçaylıq               3.5-4.0 mq/gün

Комментариев нет:

Отправить комментарий