Usaqliq miomasi
Op Dr Elvin Eliyev tel 055 692 86 49
Op Dr Elvin Eliyev tel 055 692 86 49
Miyoma Nədir?
Uşaqlıq miyomaları, uşaqlıq toxumasından başlanğıc götürən, ölçüləri adətən 1-15 sm olan xoşxassəli törəmələrdir.Amma daha böyük ölçüdədə rast gəlinir. Miyomalar bəzən fibroid, leyomiyoma, və ya fibromiyoma da adlanır.
Miyomalar, qadın genital orqanlarının ən çox rast gəlinən törəməsidir. 35 yaşdan sonra hər üç qadının birində, muayinə zamanı və ya USM ilə müəyyən olunan miyoma mövcud olur.
Xəstələrin çoxunda, uşaqlıqda birdən çox mioma qeyd olunur, bəzən 50 dən çox sayda ola bilir.
Qadın hormonu olan estrogen miomaların böyüməsini artırır.Bu səbəbdən miomalar qadında menopauzaya qeder və hamiləlik zamanı təxminən 2-3 dəfə ölçüləri artır,menopauza dövründə isə kiçilməyə başlayır.
Amma qadın menopauza dövründə hormonal preparat qebul edirsə bu kiçilmə olmur.
Miyomalar, uşaqlıq toxumasında yerləşdiyi nahiyyəyə uyğun olaraq 3 qrupa ayrılır :
Submukozal Miyomalar
Uşaqlığın daxilinə doğru böyüyən miyomalardır.Ən az təsadüf olunan formadır.Amma ən çox qanaxma verən formadır.Qanaxmalar özene menusturasiya zamanı qanaxmanın normadan artıq olması və vaxtının uzanması ilə özünü göstərir.
İntramural Miyomalar
Uşaqlığın əzələ toxumasının içində yerləşmiş miyomalardır.Ən çox rast gəlinən tipdir.Rahim kas dokusu içinde yerleşimli miyomlardır. ən çox rast gəlinən formadır. Qanaxmalar özene menusturasiya zamanı qanaxmanın normadan artıq olması və vaxtının uzanması ilə özünü göstərir.
Həmçinin bu forma qarında ağrı və ətraf orqanlar təziq nəticəsində müxtəlif şikayətlərin yaranmasına səbəb olur.
Subserroz Miyomalar
Uşaqlığın xaricinə doğru inkişaf edən miyomalardır.Adətən qanaxma problemlərinə səbəb olmurlar.Daha çox qarının aşağı nahiyyəsində ağrı,bel ağrısı,qarındaxili təziqin artması,daimi qəbizlik və ətrafdakı orqanlara təziq nəticəsində müxtəlif şikayətlər yaranır.
Miyomanın əlamətləri ?
Uşaqlıq miyamasının böyük bir hissəsi heç bir şikayətə səbəb olmur və mualicə lazım olmur.Anacaq miyomaların 10-20% də ciddi şikayətlər meydana gəlir. Miyomalarda ən çox görülən şikayət adət qanxmalarının uzun və şiddətli olmasıdır.Bu qanxmalarda qanxaxma çox olur və laxtalanmış olur.Xronik qanaxma səbəb ilə xəstədə anemiya yaranır.Digər çox rast gəlinən şikayətlər isə bunlardır :
Qarında ağrı
Bel və ayaq ağrısı
Cinsi əlaqə zamanı ağrı
Tez tez sidik ifrazının olması (miyomaların sidik kisəsinə təziqi nəticəsində
Qəbizlik və meteorizim (kop) (miyomaların yoğun bağırsağa təziqi nəticəsində )
Diaqnostika necə aparılır ?
Adətən USm ilə diaqnostika dəqiqləşir. Amma lazım olarsa MRT dəaparılır.
Müalicə seçimi ?
Miyomanın mualicəsində məksəd xəstədə olan şikayətləri ləğv etməkdir.Şikayəti olmayan xəstələrdə mualicəyə ehtiyac yoxdur.Şikayəti olan xəstələrdə isə 4 mualicə seçimi vardır.
1.Hormonal mualicə
Bu mualicə zamanı xəstəyə GnRH aqonistləri və menopauza yaradaraq estrogen səviyyəsini aşağı salan dərman preparatları verilir.
Estrogen səviyyəsi endikdən sonra miyomaların ölçüsü kiçilir və onları qidalandıran damarlar kiçilir.Nəticədə isə xəstənin şikayətləri azalır.Amma bu yaxşılaşma daimi olmur.Hormonal mualicə kəsilərsə miyomalar surətlə yenidən ölçüləri artır.
Dərmanlar uzun müddət istifadə etdikdə isə xəstədə osteoparoz ( sümük əriməsi ) və şiddətli menopauza əlamətləri yaranır. Bu səbəbdən hormonal dərmanlar miomaların daimi mualicəsi üçün istifadə olunmur.
Amma digər mualicə metodlarını istəməyən xəstələrdə bu mualicə qısa müddətlik yaxşılaşma yaratsın deyə təyin olunur.
2.Konservativ miyomektomiya ( miyoma düyünlərinin götrülməsi )
Əməliyyat ümumi narkoz ilə icra olunur.Gənc və gələcəkdə hamilə qaımağı düşünən qadınlarda icra olunur.Uşaqlığa toxunmadan miyomalar tək tək xaric olunur.Miyomaların sayı az olduqca əməliyyat effekti bir o qədər çox olur.Əməliyyatdan əvvəl xəstədə yaxşı diaqnostikaya ehtiyac varki miyomaların yerləşməsivə sayı qəqiqləşsin.Əməliyyatın açıq və laproskopik yolla icrası mümkündür.
3.Total abdominal Histeroktomiya,vaginal histeroektamiya ( uşaqlığın götrülməsi )
Ümumi narkoz ilə uşaqlıq tamailə götrülür.Əməliyyat zamanı yumurtalıqların götrülməsi xəstənin yaşından və yumurtalqların vəziyyətindən aslı olur.Xəstə 45 yaşdan böyükdürsə adətən yumurtalıqlarda götrülür.Əməliyyat adətən 40 yaşdan böyük,çox sayda mioması olan və hamiləlik düşünməyən qadınlarda icra olunur. Radikal mualicədir,əməliyyat ilə miomalar tamailə götrülür uşaqlıqla bərabərşUşaqlıq götrüldüyü üçün problem tekrar olunmur.Əməliyyatın gedişi xəstənin çəkisindən,bədən qurluşundan ,miomaların ölçüsündən aslı olaraq dəyışır.Təxminən 1.5-2.5 saatçəkir,bəzən daha uzun əməliiyat olur.Xəstəyə bəzən qanköcürmə ehtiyacı yaranır bu adətən əməliyyatdan öncə müəyyən olunur.Xəstaxanada qalış fərqlidir adətən 1-4 gün xəstələr xəstaxnada qalır.Əməliyyatdan sonra həkim ginikoloqun mualicəsinə ehtiyac vardır.
Dördüncü metod isə embolizasiyadır.Bu metodda xəstə seçimi azdır və geniş istifadə olunmur bizim ölkəmizdə.
Sağ olun,çox məlumatlandıq.Subserroz mioma ilə hamilə qalmaq mümkündürmü?
ОтветитьУдалитьSağ olun,xeyli məlumatlandıq.Subserroz mioma ilə hamilə qalmaq mümkündürmü?
ОтветитьУдалить