Elaqe ucun Dr Elvin Eliyev 055 692 86 49
Piy vəzi şişləri - lipoma haqqında
Lipoma piy toxumasının xoşxassəli şişidir. Adətən lipomalar beldə, boyunda, dərinin tüklü nahiyələrində (xüsusən başda), qolda və ayaqda müşahidə olunur. Amma çox fərqli nahiyələrdə, həttda daxili orqanlarda da lipoma qeyd olunmuşdur. Adətən 15-20 yaş və sonra müşahidə olunur. Lakin biz bunu 1 yaşlı uşaqda müşahidə etmişik. Lipomalar haqqında ən çox soruşulan sualları cavablandırırıq.
Lipoma nədir?
Yağ hüceyrələrinin sistləşməsi və ətrafında kapsul yaranması ilə inkişaf edən xoşxassəli şişdir. Adətən dəri altında olur, lakin müxtəlif nahiyələrdə rast gəlinir.
Lipomalar necə yaranır?
Lipoma anadangəlmə və sonradan inkişaf edə bilər. Lipomaların daxilində piy vəzi hüceyrəsi olduğu üçün kilo artdıqca lipoma da böyüyə bilər və ya müəyyən ölçüdən sonra uzun illər dəyişməz qala bilər.
Lipomalara bədənin daha çox hansı hissəsində rast gəlinir?
Adətən lipomalar beldə, boyunda, dərinin tüklü yerlərində (xüsusən başda), qolda və ayaqda müşahidə olunur. Amma çox fərqli nahiyələrdə, həttda daxili orqanlardada lipoma qeyd olunmuşdur.
Lipomanın xoşxassəli və ya bəd xassəli patologiya olduğunu necə müəyyən edək?
Buna cərrahın baxması və müəyyən etməsi məsləhətdir, xüsusən xəstədə böyüyən və sərtləşən şişkinlik qeyd olunursa. Çünki xəstədə lipoma deyil, liposarkoma ola bilər. Liposarkoma lipomadan fərqli olaraq bədxassəlidir və təcili müalicə olunması lazımdır. Xüsusən böyüyən və sərtləşən lipomaya bənzər şişkinlik varsa, bunu mütləq həkimə göstərməyiniz məsləhətdir. Lipomaların çox az miqdarda da olsa bədxassəli olanı qeyd olunur.
Lipomaların bədxassəli şişlərə çevrilmə ehtimalı varmı?
Əksər lipomalar xoşxassəlidirsə və çox az miqdardadərsa, bəd xassəli lipomalar qeyd oluna bilər. Bədxassəli formalar əvvəldən bəd formal olaraq inkişaf edir, sonradan çevrilmir. Bəd xassəli formalar daha sürətlə böyüyür və sərt olur.
Ateroma nədir?
Ateroma da piy vəzin xoşxassəli şişidir. Adətən başın tüklü dərisində müşahidə olunur. Lipomadan fərqli olaraq iltihablanması və absesi çox təsadüf olunur. İrinlədikdə ağrılı olur və müalicəsi normal hala nisbətən uzun çəkir.
Lipomanın diaqnozu necə qoyulur?
Həkimin baxışı zamanı adətən diaqnoz qoyulur. Bəzən isə diaqnozu dəqiqləşdirmək üçün USM–dən istifadə olunur.
Lipomaların orqanizmə zərəri vardır? Götürülməsi vacibdirmı?
Xoşxassəli olduqları üçün orqanizmə ziyanlı deyil, lakin infeksiya riski olduqda, getdikcə inkişaf edərsə, yerləşdiyi yerdə xəstəni narahat edirsə və kosmetik problem yaradırsa, götürülməsini məsləhət edirik.
Lipoma necə müalicə olunur?
Lipomanın müalicəsi cərrahi yolladır. Ambulator şəraitdə yerli keyitmə ilə kiçik kəsiklə 5-10 dəqiqə icra olunan proseduradır. Bu prosedura xəstədə heç bir narahatçılıq yaratmır.
Müalicə olunan lipomanın yenidən yaranması mümkündürmü?
Əgər lipoma götürülərkən ətrafındakı kapsulla birlikdə təmiz götürülərsə, yenidən təkrar olunma riski yoxdur. Əyər kapsul və ya lapsuloun bir hissəsi qalarsa, təkrar olunma riski vardır.
Lipoma götürüldükdən sonra yara qalırmı?
Kəsik çox kiçik olur, adətən bir və ya iki tikiş qoyulur. Götürüldükdən sonra bir dəfə həkimin baxışı lazımdır. Tikiş sorulan saplar ilə olduğundan tikişi sökdürməyə ehtiyac yoxdur.
Комментариев нет:
Отправить комментарий